10 C
Baku
Wednesday, December 11, 2024

Dünyanın ən böyük “hedge” fondu “Tesla”dakı payını sataraq, banklara sərmayə qoyur

Dünyanın ən böyük “hedge” fondlarından biri olan və amerikalı milyarder Rey Dalio tərəfindən qurulan “Bridgewater Associates”, “Tesla”dakı payını sataraq, böyük banklara sərmayə qoyur.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə fondun ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) təqdim etdiyi hesabatda deyilir.

Qeyd edək ki, üçüncü rübün sonunda “Bridgewater Associates” fondu “Tesla”da 15.29 milyon dollarlıq paya sahib olduğunu açıqlamışdır. Bununla yanaşı, fondun “JPMorgan” bankında təxminən 52.45 milyon dollar, “Goldman Sachs”da 17.25 milyon dollar, “Morgan Stanley”də isə 19.84 milyon dollarlıq payı var. Üstəlik, “Bridgewater Associates” ABŞ-ın digər böyük təşkilatlarına yatırım edib: “Wells Fargo”, “Bank of New York Mellon”, “Bank of America” və “Mastercard”.

Xatırladaq ki, Rey Dalio əsasən texnologiya şirkətlərinə (“Alphabet”, “Microsoft”, “Facebook” və “Zoom”) və aviadaşıyıcılara (“Delta Air Lines”, “Southwest Airlines”) sərmayə qoymağa üstünlük verir, geyim istehsalına və “Ford” şirkətinə qoyduğu investisiyalardan isə imtina etməyə çalışır (“Under Armour”, “Lululemon Athletica”).

“Bridgewater Associates” 2020-ci ildə təxminən 12.1 milyard dollar itirməyinə baxmayaraq, dünyanın ən güclü fondlarından biri olaraq qalır. Yarandığı gündən bəri fond 46.5 milyard dollar qazanıb və hal-hazırda 150 milyard dollarlıq aktivləri idarə edir.

Son xəbərlər
Digər xəbərlər