-3 C
Baku
Sunday, December 15, 2024

“BlackRock” Britaniyanın “Preqin” şirkətini 3.23 mlrd. dollara alır

Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti olan “BlackRock” maliyyə məlumatlarının və alternativ investisiya bazarlarının toplanması və təhlili üzrə ixtisaslaşmış Britaniyanın özəl şirkəti “Preqin”i satın alır. “BlackRock” bu aktiv üçün 3.23 milyard dollar pul ödəməyə hazırdır.

Satınalma “BlackRock”a özəl müştəri və xidmətlər bazarlarının sürətlə inkişaf edən məlumatların toplanması və təhlili seqmentinə strateji giriş imkanı verəcək. Mütəxəssislərin fikrincə, təkcə alternativ aktivlərə investisiyalar seqmenti onilliyin sonuna kimi 40 trilyon dollara çatacaq. Özəl bazarların məlumat sektoru hazırda 8 milyard dollar dəyərində qiymətləndirilir. 2030-cu ilə qədər bu rəqəmin 18 milyard dollara çatacağı proqnozlaşdırılır.

“Preqin” – özəl bazarlarda investorlar üçün məlumatların aparıcı təchizatçılarından biridir. Şirkət 190 min fondun, 60 min fond menecerinin və 30 min özəl bazar investorunun işini əhatə edir. “Preqin”in sığorta şirkətləri, pensiya fondları, banklar və s. daxil olmaqla 200 mindən çox müştərisi var. “BlackRock” 2024-cü ildə “Preqin”in təxminən 240 milyon dollar gəlir əldə edəcəyini təxmin edir.

Son xəbərlər
Digər xəbərlər