Əsas iPhone istehsalçısı kimi tanınan Tayvanın Foxconn şirkəti Hindistanda yeni fabriklər tikmək üçün 500 milyon dollar sərmayə qoyub .
Bu barədə MacRumors məlumat yayıb .
Qeyd olunur ki, Tayvan firması Hindistandakı törəmə şirkətinin inkişafına külli miqdarda pul yatırıb. İnvestisiyalar iPhone və iPad istehsalı üçün yeni istehsal xətlərinin işə salınmasına sərf olunacaq.
MacRumors-a görə, Foxconn, Apple-ın Çindəki istehsal yerlərinin sayını azaltmaq qərarından sonra Hindistandakı mövcudluğunu gücləndirir. Həmçinin, Foxconn-un motivlərinə Çin fabriklərində davam edən işçi etirazları təsir edib. Qeyd olunur ki, Foxconn-un Çindəki problemləri artıq iPhone 14 Pro-nun təchizatında fasilələrə səbəb olub.
Hindistanla yanaşı, Apple da Vyetnamı istehsal mərkəzləri üçün bir yer kimi nəzərdən keçirir . MacRumors istisna etmir ki, tezliklə Foxconn bu ölkədə də iştirakını artırmağa başlayacaq.