Dünyanın ən böyük iqtisadiyyatı bu ilin birinci rübündə 4,8% kiçilib. Qeyd edək ki, 2014-cü ildən bəri ilk dəfədir ki, ABŞ-ın ÜDM-si mənfiyə düşür. Banker.az “Bloomberg” ə istinadən məlumat verir ki, ABŞ üçün iqtisadi ekspansiya dövrü başa çatıb və indi dərin tənəzzül dövrünü yaşayır.
Bununla yanaşı, ekspertlər cari rübün nəticələrinin daha da pis olacağını gözləyirlər: “Bloomberg Economics” 37%, “UniCredit” isə 65% azalma proqnozlaşdırır.
“Bu inanılmazdır, nəzərə alsaq ki, birinci rübdə iqtisadiyyat normal işləyib”, – hesabata “Amherst Pierpont Securities LLC” nin baş iqtisadçısı şərh bildirir.
Əslində azalma ümumbəşəri bir hadisədir. Daha əvvəl Çində ÜDM və istehsal həcminin azalması barədə məlumat verilmişdir, aprelin 30-da isə Avrozona nikbin olmayan hesabatını təqdim etməlidir. İqtisadçıları düşündürən əsas sual budur: iqtisadi böhran nə qədər müddət davam edəcək və bərpa necə olacaq?
Əgər daha əvvəl mütəxəssislər “V” şəkilli bərpadan danışırdılarsa, indi çoxları “U” şəkilli varianta üstünlük verir.
Dövlət yardımına baxmayaraq, ABŞ-ın kiçik və böyük müəssisələri müflis olmaq təhlükəsi altındadır. 2019-cu ilin ikinci yarısından başlayaraq istehlak kreditləri 7,6% azalıb. Bununla yanaşı, hesabatda istehsal modelinin dəyişməsi öz əskini tapır: bir tərəfdən, xərclərin artması, digər tərəfdən – uzunmüddətli məhsullara tələbatın azalması müşahidə olunur (məsələn, avtmobil).
Analitiklər ikinci rübdə nəticələrin daha da pis olacağını gözləyirlər. Bunun əsas səbəbi mağaza və restoranların bağlanması, o cümlədən bir çox müəssisələrin fəaliyyətini dayandırması olacaq.