-1 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi milyardlarla dollar zərər edib

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi olan “AMC Entertainment Holdings”, koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər fonunda 2020-ci ildə 4.6 milyard dollar zərər görüb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, 2020-ci ilin dördüncü rübündə “AMC” şəbəkəsi 946.1 milyon dollar itirib. Beləliklə, səhm başına itki 6.21 dollar təşkil edib. Müqayisə üçün: 2019-cu ilin sonunda şirkət 13.5 milyon dollar, il ərzində isə 149.1 milyon dollar itirib.

Qeyd edək ki, 5 mart tarixindən etibarən “AMC” ABŞ-da 589 kinoteatrdan 527-ni və digər ölkələrdəki 356 kinoteatrdan təxminən 78%-ni açıb. Bu barədə şəbəkənin baş direktoru Adam Aron söyləyib.

Onun sözlərinə görə, 2020-ci il “AMC”ni “son 100 ilin ən çətin bazar şərtlərinə” salsa da, indi şirkətin iflas etməsi ilə bağlı hər hansı bir müzakirələrə qatılmaq “tamamilə yersizdir”. Belə ki, pandemiyanın nəticələrindən xilas olmaq üçün “AMC” investorlardan 900 milyon dollardan çox investisiya cəlb edib.

Yayda böyük film studiyaları yeni blokbasetləri buraxmağı planlaşdırırlar və “AMC” onlardan ən böyüyü olan “Warner Bros” ilə artıq razılığa gəlib. Daha əvvəl kinoteatrlar şəbəkəsi iflas ərəfəsində olub: “WB” 2021-ci ilin filmlərini “HBO Max” adlı striminq platformasında nümayiş etdirəcəyini açıqlamışdır.

2020-ci ilin martında daha geniş vüsət alan koronavirus pandemiyasından ilk növbədə kinoteatr sahibləri zərər görüb. Bunun fonunda bir çox mütəxəssis 2021-ci ildə bəzi “mühüm oyunçuların” bazarı tərk edəcəklərini gözləyir.

Son xəbərlər
Digər xəbərlər