-1 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən böyük kriptobirjalarından biri olan “Genesis” müflis ola bilər

“Genesis Global Trading” kriptovalyuta şirkətinin rəhbərliyi işçilərinin 30%-nin ixtisar olunduğunu elan edib və müflis olmaq üçün müraciət etməyi düşünür. Bu barədə dünyanın ən böyük kriptovalyuta kreditorlarından birindəki “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən yazıb.

Qəzet qeyd edir ki, ixtisarlar şirkətin bütün şöbələrinə təsir edib. Ümumilikdə, dünən, yanvarın 5-də 60-a yaxın işçi ixtisar edilib. İndi “Genesis” cəmi 145 nəfər çalışır.

Şirkət ötən ilin ortalarından ciddi problemlər yaşayır. Genesis-in maliyyə sabitliyinə ilk zərbə, “Three Arrows Capital” kriptovalyuta hedcinq fondunun iflası oldu. “Genesis” ona 2.4 milyard dollar kredit verib. “Three Arrows” iflas üçün müraciət etdikdən cəmi bir ay sonra “Genesis” rəhbərliyi işçilərinin 20%-ni ixtisar etdiyini açıqlayıb. Kriptovalyuta kreditorlarına ikinci böyük zərbə isə “FTX” və “Alameda Research”ın iflası olub. Məlumata görə, “Genesis” onlara ən az yüz milyonlarla dollar kredit verib.

Şirkət iflasdan qaçmaq üçün “Moelis & Co.” investisiya bankına, həmçinin Proskauer “Rose” və “Kirkland & Ellis” konsaltinq şirkətlərinə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər