Dünyanın ən böyük mühasibat uçotu təşkilatı olan Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA) imtahanlarda fırıldaqçılıq hallarının artması ilə bağlı tələbələrin distant formada imtahan verməsinə mart ayından etibarən son qoyacaq.
Qərar yalnız istisna hallarda tətbiq olunmayacaq.
Məlumata görə, təxminən 260 min üzvü olan təşkilat bu addımı süni intellektdən istifadə edərək fırıldaq hallarının qarşısını almağın çətinləşməsi ilə izah edib.
ACCA-nın baş icraçı direktoru Helen Brand məsələ ilə bağlı “Fırıldaqçı sistemlərin mürəkkəbliyi təhlükəsizlik tədbirlərini üstələyir” deyib.
Qeyd edək ki, distant imtahanlar ilk dəfə COVID pandemiyası zamanı tətbiq edilmişdi. Məqsəd karantin rejimi dövründə tələbələrin təhsil prosesinin davam etdirilməsinə şərait yaratmaq idi.






