2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən böyük nəqliyyat şirkətlərindən biri Rusiyadakı aktivlərini 1 avroya satıb

Dünyanın ən böyük nəqliyyat şirkətlərindən biri olan “CMA CGM Group” Rusiyanın konteyner operatoru “Lopper”in 50%-ni satıb. Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarına əsasən, sövdələşmə aprelin 12-də başa çatıb və 1 avro dəyərindədir.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“CMA CGM Group” dünyanın üçüncü ən böyük konteyner daşıma şirkətidir. “Alphaliner”ə görə, onun donanmasının ümumi tutumu 3.4 milyon konteynerdən çoxdur. 2022-ci ilin sonunda şirkətin gəliri 74.5 milyard dollar, xalis mənfəəti isə 24.9 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər