10 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən böyük neft ölkələrinin birində benzinin qiyməti 20 dəfə artıb

Venesuelanın dövlət neft şirkəti “PDVSA” oktyabrın 24-dən etibarən subsidiyalı benzinin qiymətini 20 qat artıraraq 0.1 bolivara qaldırır.

Banker.az xəbər verir ki, “PDVSA” qiymət dəyişiklikliyini bolivarın yenidən denominasiyası ilə əlaqələndirir. Qeyd edək ki, kəskin bahalaşmaya baxmayaraq, dünya üzrə ən aşağı yanacaq qiymətləri hələ də Venesueladadır.

Oktyabrın 1-dən Venesuela yeni pul vahidini – rəqəmsal bolivarı istifadəyə verib. Bu, ölkə prezidenti Nikolas Maduro hökumətinin “ölkədə yanacağın istehsalına və paylanmasına zəmanət vermək” üçün çoxillik siyasətini ləğv etdiyi 2020-ci ilin iyunundan bu yana ikinci qiymət artımıdır.

Xatırladaq ki, Venesuelada ikili yanacaq qiymət sistemi var: subsidiyalı və “beynəlxalq” (50 ABŞ senti). Subsidiyalı benzin üçün aylıq kvota 120 litr təşkil edir. Hökumət bu rəqəmin dəyişdirilib-dəyişdirilmədiyini açıqlamayıb.

Son xəbərlər
Digər xəbərlər