Dünyanın ən böyük POS-terminal istehsalçılarından biri olan “Ingenico” şirkəti 2023-cü ilin martında Rusiyanı tərk edə bilər. İstehsalçı Rusiya bazarını tərk edəcəyini rəsmi olaraq təsdiq etməyib, lakin belə bir ehtimal artıq müzakirə olunur.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Qeyd olunur ki, “Ingenico” cihazları Rusiyanın “Sberbank”, “VTB” və “Promsvyazbank” POS-terminallar şəbəkəsində əsas payı tutur.
“Ingenico” – baş ofisi Fransada yerləşən beynəlxalq şirkətdir. 2007-ci ildə Rusiyada fəaliyyət göstərir. Hazırda “Ingenico”nun rəsmi saytında Rusiya şirkətin fəaliyyət göstərdiyi ölkələrin siyahısında yoxdur.
Qərb şirkətləri 2022-ci ildə Rusiya Ukraynada müharibəyə başladıqdan sonra kütləvi şəkildə ölkəni tərk etməyə başlayıb. “Ingenico” bir neçə aydır ki, Rusiyanı tərk etmək üçün ödəniş bazarına minimal zərər verəcək bir yol tapmağa çalışır. İlk dəfə olaraq şirkətin Rusiyadan mümkün gedişi ilə bağlı məlumatlar bazara ötən ilin yazında ortaya çıxıb.
Ümumilikdə, Rusiyada işləyən POS-terminalların təxminən 50%-i məhz bu istehsalçının payına düşür. Mütəxəssislərin fikrincə, mövcud POS-terminalları dəyişmək banklar üçün sərfəli deyil, çünki bu, çox bahadır: bir terminalın qiyməti orta hesabla təxminən 150-160 dollardır.