3 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən böyük qəsri (foto)

Planetimizdə memarlıq sənət incilərinin sayı heç də az  deyil. Biz artıq dünyanın 10 ən gözəl sarayları haqqında sizə məlumat vermişdik. Bu memarlıq abidələrinin əksəriyyəti orta əsrlər dövründə yaradılmışdır. Bu gün isə sizə Google Maps-in versiyasına görə dünyanın ən böyük qəsri haqqında danışmaq istərdik. Memarlıq fantaziyasının sərhəddə olmadığı kimi, texnoloji inkişafın də sərhədləri məhdudsuzdur.

Bu gün ümumi qəbul olunmuş fikrə əsasən, ən böyük qəsr  – Polşanın Marienburq qəsridir. Bu zaman əsas seçim meyarı – çexiyalı, qəsrlər üzrə mütəxəssis Marek Prokop tərəfindən təklif edilmiş sistemdir. Sistem özündə qəsrlərin müasir zamandakı şəklində Google Maps-da çərçivələrinin əks olunmasını əhatə edir. Bu isə gələcəkdə xüsusi kalkulyator vasitəsi ilə onların sahəsini hesablamağa imkan verir. Beləliklə, sahəsi 143,5 min kvadrat kilometr olan Marienburq qəsri dünyada ən böyük qəsr hesab olunur. Bu orta əsrlərdə kərpicdən tikilmiş qəsrdir. Polşanın Malbrik şəhərində, Noqat çayı ətrafında yerləşir. Qotik üslubda tikilmişdir. YUNESCO-nun ümumbəşər irsi sırasına daxildir. Əhatə etdiyi sahəni əsas meyar olaraq, götürərək qeyd etmək lazımdır ki,  bu tikili 20 hektar ərazidə yerləşir və üç nəhəng saraydan ibarətdir (Yuxarı, Mərkəzi və Aşağı). Amma onlardan hər biri o qədər böyükdür ki, dünyanın hətta ən böyük hörümçəyi belə bu nəhəng memarlıq abidələrinin divarlarında balaca noxud kimi kiçik görünər.

Əsas konstruksiyalardan əlavə ərazidə əlavə tamamlayıcı tikililər yerləşir ki, onların da sayı onlarladır. Xüsusi harmonik ansambl yaradan bu tikililər öz əzəməti ilə insanları heyran qoymaya bilməz. Bu gün Marienburq – muzey abidəsidir, onun ölçülərini seyr etməyə və dəyərləndirməyə bütün dünyadan minlərlə insan gəlir.

Son xəbərlər
Digər xəbərlər