16 C
Baku
Monday, May 6, 2024

Dünyanın ən böyük sərnişin gəmisi

Oasis of the Seas – sərnişin gəmisi 2009-cu ildə Royal Caribbean International şirkəti üçün istehsal olunub. Gəmi hamıya məlum Titanik gəmisindən 5 dəfə böyükdür. Bu ən böyük sərnişin gəmisinin uzunluğu 361 metr, eni isə 63,4 metrdir. Gəmi 5 400 sərnişin qəbul etmək imkanına malikdir və ekipaj üzvlərinin sayı 2 100 nəfərdir.

Gəmidə 16 sərnişin göyərtəsi var. Bütün kabinlər 37 qiymət kateqoriyasına bölünür və onlardan ən yaxşıları 141 kvadrat metr sahəyə malikdir. Gəminin ümumi göyərtəsində 4 hovuz, günəş vannası qəbul etmək üçün sahələr, hidromassaj, trenajor zalı, mini-golf, buz meydançası və divara dırmanma idmanı üçün yerlər də var. Yeyib-içməyi sevənlər üçün 37 bar və 20 restoran nəzərdə tutulub. Gəmi də həmçinin mağazalar, kitabxana, teatr, tropik park, gözəllik salonu və s. bir çox digər şeylər də mövcuddur. Oasis of the Seas gəmisinin tikintisi sifarişçiyə 1,5 milyard dollara başa gəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər