“Janus Henderson Investors”un araşdırmasına görə, dünyanın ən böyük şirkətləri 2024-cü ilin ikinci rübündə 606.1 milyard dollar məbləğində rekord dividend ödəyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.8% çoxdur, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İkinci rübdə ödənilən dividendlərin məbləğinə görə Top 10-luq aşağıdakı kimidir:
- HSBC (bank, Böyük Britaniya);
- Nestle (qida istehsalçısı, İsveçrə);
- China Mobile (telekommunikasiya şirkəti, Çin);
- Mercedes-Benz Group (avtomobil istehsalçısı, Almaniya);
- Allianz (sığorta şirkəti, Almaniya);
- BNP Parisbank (bank, Fransa);
- Microsoft (proqram təminatçısı, ABŞ);
- Stellantis (avtomobil istehsalçısı, Hollandiya);
- Sanofi (əczaçılıq şirkəti, Fransa);
- Axa (sığorta şirkəti, Fransa).
Ən çox dividend Avropa şirkətləri ödəyib – 204.6 milyard dollar. Ümumilikdə, rekord dividendlər Fransa, İtaliya, İsveçrə və İspaniyada ödənilib. Araşdırma nəticəsində məlum olub ki, dünya üzrə şirkətlərin 92%-i dividendlərini artırıb və ya eyni saxlayıb.