12 C
Baku
Wednesday, March 12, 2025

Dünyanın ən böyük şirkətlərinin dividendləri rekord $1.75 trilyona çatıb

2024-cü ilin sonuna olan məlumata görə, dünyanın ən böyük şirkətlərinin ödədiyi dividendlərin ümumi məbləği rekord 1.747 trilyon dollar təşkil edib. Bu barədə Böyük Britaniyanın “Janus Henderson Investors” şirkəti hesabat yayıb.

Ötən ilin yekun nəticələri ilə müqayisədə ümumi dividendlərin həcmi 6.6% artıb. Tədqiqatda iştirak edən 17 ölkədə ödənişlər tarixi zirvəyə çatıb. Bunlara ABŞ, Fransa, Yaponiya və Çin aiddir. Şirkətlərin 88%-i dividendlərin həcmini artırıb və ya eyni səviyyədə saxlayıb.

Ödənişlərin həcminə görə liderlər “Microsoft”, “Exxon Mobil”, HSBC, “Apple”, “China Construction Bank”, “PetroChina”, “China Mobile”, “JPMorgan Chase”, “Chevron” və “Johnson & Johnson” olub. Bu şirkətlər üzrə dividendlərin ümumi həcmi 145.9 milyard dollar və ya ümumi həcmin 8.4%-ni təşkil edib.

“Janus Henderson”un proqnozlarına görə, ödənilən dividendlərin ümumi həcmi 2025-ci ildə yenidən artacaq. İlin sonuna onların 1.83 trilyon dollar (+5.1%) təşkil edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər