Dünyanın ən böyük spirtli içki istehsalçısı olan Britaniya şirkəti “Diageo” qlobal iqlim dəyişikliyi problemi ilə üzləşib.
Banker.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir ki, bu ,şirkətin bir sıra yerli müəssisələrinin iflasına gətirib çıxarır.
Bildirilib ki, pivədə suyun payı 90%-dən, güclü spirtli içkilərdə isə 60%-dən çoxdur. Eyni zamanda, digər komponentlər, üzüm və taxıl da sudan asılıdır.
Şirkətin hesabatına görə, 2022-ci ildə şirkət öz fəaliyyətlərində 17.52 milyard litr su istifadə edib.