19 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən böyük suveren fondu yeddi il ərzində ilk dəfədir itki verib

Norveçin Norges Bank Investment Management  fondu (NBIM), ötən ilin sonuna 485 milyard kron (57 milyard dollar) zərər gördüyünü bildirib. Bu, yeddi il ərzində ilk dəfədir baş verir.

NBIM – Norveç Bankının bir bölməsi olmaqla yanaşı, dünyanın ən böyük suveren fondudur. Norveçin hakimiyyət orqanları neft gəlirlərini birbaşa bu fonda yönəldirlər, fond isə sonradan bu vəsaitləri daşınmaz əmlak və ya qiymətli kağızlara yatırım edir.

2018-ci ilin sonunda NBİM-in bazar dəyəri 8,256 milyard kron təşkil etmişdir. Bu, bir il əvvəlki göstəricidən 233 milyard kron azdır. Son dəfə belə bir zərər 2011-ci ildə müşahidə edilmişdir (86 milyard kron)

2018-ci ildə fondun bazar dəyəri qeyri-sabitliyi ilə xarakterizə olunur. II və III rüblərdə müsbət mənfəət müşahidə olunmasına baxmayaraq, zəif bazar ümumi nəticələri aşağı salmışdır. “2018-ci ildə rəqəmlərin zəif olmasına baxmayaraq, uzunmüddətli gəlirlilik yaxşı idi”, – deyə Norveçin idarə heyətinin sədri Oystein Olsen bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər