Dünyanın ən böyük təkər istehsalçılarından biri Rusiyadakı biznesini satır

Dünyanın ən böyük təkər istehsalçısı olan “Bridgestone” Rusiyadakı aktivlərini satmaq qərarına gəlib. Bu barədə şirkətin saytındakı press-relizində bildirilir.

“Bridgestone şirkətlər qrupu Rusiyada təchizat problemləri kimi qeyri-müəyyənliklər qarşısında öz işçilərinin, müştərilərinin və təchizatçılarının maraqlarını nəzərə alaraq, vəziyyəti diqqətlə və hərtərəfli nəzərdən keçirib”, – mesajda bildirilir.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

“Bridgestone” 1998-ci ildən Rusiya bazarındadır. Şirkət Rusiyada 2017-ci ildə istehsala başlayıb. Hər il ölkədə iki milyona qədər təkər istehsal olunub. Ulyanovskdakı zavodda və Moskvadakı baş ofisdə mindən çox iş yeri var. Şirkətin qlobal gəlirlərinin strukturunda Rusiya biznesinin payı 2%-dən azdır.

İstehsalçı Rusiyada istehsalı dayandırmaq və ölkəyə məhsul ixrac etmək niyyətini martın 14-də açıqlayıb. İşlərin dayandırılması tədarük zəncirində və logistikada fasilələr, milli və xarici valyutaların məzənnəsinin dəyişkənliyi ilə əlaqədar yaranan problemlər ilə izah edilib.

Son xəbərlər
Digər xəbərlər