10 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən böyük təyyarəsi yaradılacaq – FOTO

“WindRunner” yük təyyarəsi yaradıcılarının planlaşdırdığı kimi, dünyanın ən böyük təyyarəsi olacaq.

Onun ölçüləri futbol meydançasının ölçüsünü üstələyir.

Belə bir təyyarəyə iki kilometr uzunluğunda uçuş-enmə zolağı lazımdır.

“WindRunner” nəhəng külək turbinli qanadları ilə bərpa olunan enerji sayəsində çalışacaq.

ABŞ-nin enerji şirkəti “Radia” tərəfindən hazırlanan nəhəng yük təyyarəsinin uzunluğu 108,5 metr, hündürlüyü 24 metr, qanadlarının genişliyi isə demək olar ki, 80 metr olacaq. 80 ton potensial faydalı yüklə o, “Boeing 747”dən on iki dəfə ağır yük daşıya biləcək.

Qeyd edək ki, “Radia” öz layihəsini illər boyu gizli saxlayıb. İndi şirkət dörd il ərzində bir təyyarə hazırlaya biləcəyini iddia edir.

radia windrunner

Son xəbərlər
Digər xəbərlər