Samsung şirkəti nəhayət ki, öz gücünü toplayaraq dünyanın ən böyük televizorunu satışa buraxdı. Şirkət hələ 2013-cü ilin əvvəlində belə bir televizoru ictimaiyyətə təqdim etmişdi.
Dünyanın ən böyük televizorunun diaqonalı 110 düym, yəni 275 santimetrdir. Ölçüləri isə 2,6 × 1,8 metrdir. Belə bir nəhəng televizoru hələ ki, bizim ölkədə əldə etmək mümkün olmayacaq və yalnızca Çin, Yaxın Şərq, Avropa və Cənubi Koreyada satılacaq. Televizorun qiyməti isə 150 000 dollar olaraq qiymətləndirirlir. Lakin bu hələ ki, ilkin qiymətdir və zamanla enəcəyi təxmin edilir.