14 C
Baku
Saturday, November 16, 2024

Dünyanın ən böyük zərgərlik şirkəti emal olunmuş xammala keçir

İstehsal olunan zərgərlik əşyalarının sayına görə dünya lideri “Pandora”, hasil edilmiş qızıl və gümüşdən deyil, emal olunmuş xammaldan istifadə etmək qərarına gəlib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Əsrlər əvvəl hasil olunmuş metallar keyfiyyət baxımından geri qalmırlar”, – Şirkətin rəhbəri Aleksandr Laçik söyləyir. O qeyd edib ki, yeni yanaşma zərgərlik əşyalarının keyfiyyətinə və qiymətinə təsir göstərməyəcək.

Xatırladaq ki, hazırda “Pandora” istehsal prosesində istifadə etdiyi metalların 71%-i emaldan keçib. Şirkət nümayəndələrinin qeyd etdiyi kimi, 2025-ci ildə qədər hasil edilən qızıl və gümüşdən tamamilə imtina ediləcək.

“Pandora” nın qiymətləndirmələrinə görə, emal edilmiş qiymətli metalların istifadəsinə keçid atmosferdəki karbon tullantılarını gümüş üzrə üçdə iki, qızıl üzrə isə 99% azaldacaq.

Bu xəbər şirkətin səhmlərinin 5% artmasına gətirib çıxarıb. Hazırda “Pandora” nın bazar dəyəri 33,37 milyard kron təşkil edir.

Son xəbərlər
Digər xəbərlər