30 C
Baku
Monday, July 1, 2024

Dünyanın ən böyük zooparkı

Nyu-Yorkun Bronx zooparkı dünyanın ən böyük zooparkı hesab edilir. Bu zoopark öz adını yerləşdiyi ərazidən götürmüşdür. Zoopark 1899-cu ildə yaradılıb və o zaman orada 850 növ heyvan görmək mümkün idi.

Bronx zooparkı 265 hektar əraziyə sahibdir və çoxsaylı zonalara bölünmüşdür. Bu zonaların hər biri təbii iqlim qurşaqlarına uyğundur. Bu zooparksa siz qəfəslər və heyvanlar üçün çəpərlər görə bilməzsiniz.  Bütün heyvanlar vəhşi təbiətdə olduğu kimi, sərbəst, təbii şəraitlərdə yaşasalar da daim zooloq-mütəxəssislərin nəzarəti altındadırlar. Burada bütüb zoopark boyu çay axır. Zoopark ziyarətçiləri zooparkın bütün zonalarına sərbəst girişə sahib deyillər. Məsələn, “Vəhşi Asiya” zonasını yalnızca xüsusi qatar vasitəsilə gəzmək mümkündür. İnsanlar üçün daha təhlükəli ərazilər isə hasarla məhdudlaşdırılıb və oraya birbaşa giriş ciddi şəkildə qadağan olunur.

Burada uşaqlar üçün ən əyləncəli məkan “Uşaq zooparkı”dır. Burada uşaqlar üçün təhlükəsiz və digər heyvanların balaları toplanıb. Heyvanlarla ünsiyyətdə olmaq uşaqlara unudulmaz hisslər yaşadır. Bronx zooparkı böyük əraziyə sahibdir və bir gün ərzində onu gəzmək mümkün deyildir. Zooparkın bütün zonalarını gəzib heyvanlarla tanış olmaq üçün iki həftədən artıq bir vaxt tələb olunur.

Son xəbərlər
Digər xəbərlər