10 C
Baku
Tuesday, November 26, 2024

Dünyanın ən çətin neft layihələri

2015-ci ildə neft qiymətlərinin enməsi neft əldə edilməsi çətin və baha başa gələn neft yataqlarının inkişafını dayandırdı. Lakin uzun müddətli perspektivdə neft şirkətlərinin bu çətin və qəliz layihələrdən istifadə etməkdən başqa çıxış yolları yoxdur.

Bir çox nəhəng neft yataqları neft hasilatına görə özlərinin ən pik səviyyələrinə çatıblar və il keçdikdə neft saxlamaq üçün yer çatışmazlığı yaranır. Hasilatı azaltmamaq üçün isə istənilən imkandan yararlanmaq mütləqdir.

Kearl neft torpaqları

Bura dünyanın ən bahalı və çətin neft əldə edilən yataqlarından biridir. İlkin hesablamalara görə, burada neft ehtiyatı 4,6 milyard barreldir. Belə güman edilir ki, buradan gündə 345 min barrel neft əldə etmək mümkündür. Layihə üzrə iş başlasa da, avadanlıqlar sıradan çıxmağa başladıqda, bir sıra uğursuzluqlar yaşandıqda layihənin aparıcı operatoru Imperial Oil işi bir müddətlik dayandırmalı oldu.

İşi yenidən bərpa etmək üçün Asiya və ABŞ-dan avadanlıq gətirmək, daha sonradan onu Montana və Aydaho ştatları ərazisindən şosse ilə daşımaq üçün hissələrə bölmək lazımdır. Gecikmələr vəxərclərin artması Imperial Oil şirkətinə zərbə endirməsinə və neft qiymətinin aşağı olamasına baxmayaraq Kearl layihəsi inkişaf etməkdədir. Hazırda layihənin dəyəri 20 milyard dollar olaraq qiymətləndirilir.

Ichthys

Ichthys  layihəsi Qərbi Avstraliyadan 220 kilometr ərazidə yerləşir. O mahiyyət etibarilə üç megalayihəni birləşdirir. Layihəyə rəhbərliyi isə Yaponiyanın Inpex şirkəti edir. Layihədə demək olar ki, bütün mərhələlər qeyd olunub və dəyəri 34 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğə həmçinin Cənub yarımkürəsində ən uzun qaz kəməri inşa etmək planlaşdırılır.

Layihənin 2016-cı ildə başlanacağı gözlənilir.

Stones

Royal Dutch Shell dünyanın ən dərin şelf neft yatağının inkişaf mərhələsindədir və Meksika körfəzində  Makonda neft yatağının yaxınlığında yerləşir. Bununla yanaşı, onun dərinliyi 2,9 kilometrə çatır.

Kashagan

Geniş miqyaslı neft və qaz yatağı Xəzər dənizində dünyanın ən bahalı layihəsi adını aldı və ola bilsin ki, texniki cəhətdən də ən çətin layihədir. Neft yatağı ilk olaaq 2000-ci ildə aşkar edilib və bu zaman o son 10 illiyin ən nəhəng neft yatağı adını qazanmışdı.

Layihənin dəyəri artıq 50 milyard dolları geridə qoyub. Lakin bəzi araşdırmalara görə xərclər əhəmiyyətli dərəcədə çoxdur .

Layihə rəhbəri olan şirkət süni adalar yaratmalı, çətin qış şərtlərində işləməli, böyük dərinliklərdə və böyük təzyiqlə quyular qazmalı olacaqlar. Layihəyə 2013-cü ildə start verilsə də, boru kəmərləri yararsız halda olduğundan tezliklə dayandırılır. Bu boru kəmərləri yeniləri ilə əvəz edildikdən sonra, layihə 2016-2017-ci ildən tez olmayaraq öz ilinə başlayacaq.

Bütün bunlara əsasən, layihə 50 milyard dollardan çox məbləğə başa gələcək. Bəzi qiymətləndirmələr isə bu məbləğin demək olar ki iki qat olacağını bildirirlər.

Son xəbərlər
Digər xəbərlər