-2 C
Baku
Tuesday, February 25, 2025

Dünyanın ən çox gəlir əldə edən futbol məşqçisi kimdir?

2006-cı ildə İtaliya komandası ilə dünya çempionu olmuş Marçello Lippi Çin yığma komandasının baş məşqçisi təyin edilib. 68 yaşlı mütəxəssis ildə 20,1 milyon avro qazanmaqla dünyanın ən yüksək həcmdə gəlir əldə edən baş məşqçisi olacaq

shutterstock 137863103
Marçello Lippi

Lippi futbol üzrə Çin yığma komandasına rəhbərlik vəzifəsində Qao Hunbo-nu əvəz etdi.

Çinlilər A qrupunda sonuncu, yəni 6-cı pillədədirlər. Qrupun digər üzvləri olan İranın 10, Özbəkistan 9, Cənubi Koreya 7, Suriya 4, Qətərin isə 3 xalı var.

Turnirin final hissəsi isə 2018-ci ilin yay fəslində Rusiyada baş tutacaq.

Çin milli komandası öz tarixi boyunca cəmi 1 dəfə, 2002-c ildə keçirilən dünya çempionatının finalında iştirak edib. Bu zaman komandaya serbiyalı Bora Milutinoviç rəhbərlik edirdi.

Bundan əlavə, Çin yığma komandasına əcnəbi məşqçilərdən alman Klaus Şlappner, holland Ari Haa, serbiyalı Vladimir Petroviç və ispan Xose Anton rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər