İlk yerdə illik gəliri 105 milyon dollar olan amerikalı peşəkar boksçu Floyd Meyuezer qərarlaşıb
Futbol “Forbes” jurnalı illik gəliri ən çox qazanan idmançıların adlarını açıqlayıb.
Jurnalın araşdırmasından sonra məlum olub ki, ilk yerdə illik gəliri 105 milyon dollar olan amerikalı peşəkar boksçu Floyd Meyuezer qərarlaşıb. 37 yaşlı boksçu illik gəlirinin yarısını bu il Canelo Alvares və Markos Maidana ilə keçirdiyi döyüşlərdə qazanıb.
İkinci yerdə isə 80 milyon dollarlıq gəliri ilə “Real Madrid”in və Portuqaliyanın ulduz futbolçusu Kriştiano Ronaldo gəlir. Ronaldo komandasıyla sözləşməsinə görə, 5 ilə 200 milyon dollar qazanacaq.
İlk “üçlüy”ü illik 73 milyon dollar gəlirlə NBA çempionatında “Cleveland”da forma geyən basketbolçu Lebron Ceyms qapayır.
1. Floyd Meyuezer – 105 milyon dollar (Boks).
2. Kriştiano Ronaldo – 80 milyon dollar (Futbol).
3. Lebron Ceyms – 73 milyon dollar (Basketbol).
4. Lionel Messi – 64.7 milyon dollar (Futbol).
5. Kobi Brayant – 61.5 milyon dolar (Basketbol).
6. Tiger Vuds – 61.7 milyon dollar (Qolf).
7. Rocer Federer – 56.2 milyon dollar (Tennis).
8. Fil Mikelson – 53.2 milyon dolar (Qolf).
9. Rafael Nadal – 44.5 milyor dolar (Tennis).
10. Matt Ryan – 40 milyon dollar (Beysbol).
Floyd Meyuezer
Lebron Ceyms
Lionel Messi
Kobi Brayant
ANS PRESS