4 C
Baku
Tuesday, February 25, 2025

Dünyanın ən çox qazanan idmançıları açıqlanıb

“SkySports” 2024-cü ilin ən çox qazanan idmançılarını açıqlayıb.

Siyahının ilk pilləsini Kriştianu Ronaldu tutub.

“Ən-Nəsr”də çıxış edən portuqaliyalı ulduzun ötən ildə 260 milyon dollar qazandığı bildirilir. İkinci pillədə amerikalı basketbolçu Stefen Körri yer alıb. “Qolden Steyt”in üzvünün gəliri 153,8 milyon dollar olub. Boksçu Tayson Fyuri 147 milyon dollar ilə üçüncü pillədə qərarlaşıb.

Argentinalı futbolçu Lionel Messi (135 milyon) dördüncü, amerikalı basketbolçu Lebron Ceyms (133,2 milyon) beşinci yerləri tutublar.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər