Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançılarının reytinqinə başçılıq edir.
“Forbes” 2022-ci il mayın 1-dən 2023-cü il mayın 1-dək idmançıların qazandıqları maaşla yanaşı, bütün mükafat və bonusları da nəzərə alıb.
Forvardın gəliri 136 milyon dollar olaraq qiymətləndirilir.
İkinci yerdə 2022-ci ildə reytinqə başçılıq edən “Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi qərarlaşıb. O, 130 milyon dollar qazanıb.
“PSJ”nin digər hücumçusu Kilian Mbappe isə 120 milyonla üçüncü olub.
Qeyd edək ki, Ronaldo 30 dekabr 2022-ci ildə “Əl Nəsr”ə keçib. Hücumçunun müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avro təşkil edir ki, bu da onu dünyanın ən çox maaş alan futbolçusu edir.