16 C
Baku
Sunday, November 3, 2024

Dünyanın ən çox satılan 10 avtomobili – SİYAHI

Dünyada ən populyar avtomobil “Toyota Corolla”dır. Banker.az Sputnik-ə istinadən xəbər verir ki, bunu “Focus2move” analitik agentliyinin məlumatları göstərir.

Belə ki, 2018-ci ilin ilk 7 ayı ərzində Yaponiya şirkəti bu modeldən 816 min 748 ədəd sata bilib. İkinci pillədə isə 722 min 566 ədəd satışla “Ford F-Series” gəlir. Üçüncü pillədə isə “Volkswagen”in “Golf” modelidir. Belə ki, müvafiq dövr ərzində 572 min 772 ədəd avtomobil satılıb.

Ən çox satılan avtomobillər siyahısında 4-cü və 5-ci yerləri müvafiq olaraq Honda Civic (563 333) və Toyota RAV4 (561 601) tutur. Agentlik vurğulayır ki, ilin sonuna kimi hər iki marka avtomobil satışın həcminə görə “Golf”u keçəcək.

İlk onluğa, həmçinin Volkswagen Tiguan (539 463), Volkswagen Polo (499 462), Honda CR-V (460 904), Toyota Camry (454 094) və Chevrolet Silverado (430 708) daxil olub.

Son xəbərlər
Digər xəbərlər