7 C
Baku
Tuesday, February 4, 2025

Dünyanın ən çox satılan yolsuzluq avtomobillərinin (SUV) reytinqi açıqlanıb

Tesla Model Y 2024-cü ildə dünyanın ən çox satılan krossoverləri və yolsuzluq avtomobilləri siyahısına başçılıq edir, Toyota RAV4 cüzi fərqlə 2-ci yerdə qərarlaşıb.

Tesla Model Y satışları əvvəlki illə müqayisədə 1,2% azalaraq 1,09 milyon təşkil edib. İkinci ən populyar krossover 1,02 milyon (+10,7%) satışla Toyota RAV4 olub.

Üçüncü yerdə 738 315 satışla (+4,2%) Honda CR-V qərarlaşıb. Bu model 2010-2015-ci illərdə seqment lideri idi. Dördüncü yerdə 609 122 ədəd (-2,8%) ilə Hyundai Tucson, beşinci yerdə 574,351 avtomobillə (+45,3%) 2 pillə yüksələn BYD Song qərarlaşıb.

Altıncı yerdə 543 037 ədəd satılan Volkswagen Tiguan (+10,5%), 2 pillə geriləyən Kia Sportage-i 537 947 (+5,3%), Honda HR-V 382 839 (+ 8,8%) və 358 320 (+26,6%) ədəd satışla ilə Mercedes GLC.

10-cu yerdə 338 187 ədəd (-3,6%) ilə 1 pillə geriləyən Mazda CX-5 qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər