“Forbes” jurnalı dünyanın ən çox ziyarət edilən 50 məkanının siyahısını elan etmişdir. Təəccüblüdür ki, bu siyahıya nə Giza piramidaları, nə Luvr muzeyi, nə də Böyük Çin səddi daxil olmayıb. Ermitaj muzeyi isə 49-cu pillədə yer alıb.
10-cu yer: Parisin Disneyland-ı özünə iki tematik parkı, 6 oteldən ibarət otellər kompleksini, mağazalarla birgə Disney-village-ı, kafe və restoranları, camping, buz meydançası, göl, qolf meydançası və bir neçə hovuzu birləşdirir.
9-cu yer: Paris Notre Dam kilsəsi. Filmlərdən və əsərlərdən çox yaxşı tanıdığımız bu məkan insanlar tərəfindən ziyarət edilmə sayına görə siyahıda 9-cu yeri tutmuşdur.
8-cu yer: Tokioda yerləşən Disneyland – elə Amerikada yerləşən Disneyland-ın sanki sürətidir, lakin daha təmiz nümunəsi. Bundan əlavə Space Mountain attraksionunun ziyarətçiləri daha az səs-küy salırlar.
7-ci yer: San-Fransiskoda yerləşən “Qızıl darvazalar” – Qızıl darvazalar körfəzi üzərində yerləşən asma körpüdür və San-Fransisko şəhərini ətraf ərazilər ilə birləşdirir. Bu körfəzdə məşhur Alkatras həbsxanası yerləşir. Bu körpü dünyanın ən məşhur körpülərindən biridir.
6-cı yer: Niaqara şəlaləsi – Şimali Amerikada ən sürətli şəlalələrdən biridir. Bu şəlalə amerikan ştatı nyu-Yorku Ontario Kanada əyalətindən ayırır. Şəlalənin ən gözəl mənzərəsi də Kanadada olan hissəsindən görünür.
5-ci yer: Kaliforniyada Disneyland 1955-ci ilin 17 iyulunda məhz Disney tərəfindən açılmışdı. Onun açılış mərasiminə televiziyada ABŞ prezidenti Ronald Reyqan aparıcılıq etmişdi.
4-cü yer: Londonda yerləşən Trafalqar meydanı öz adını admiral Nelsonun 1805-ci ildə Trafalqardakı zəfərindən götürmüşdür. Bu yaxınlara qədər meydan göyərçinlər ilə məşhur idi: meydanda eyni zamanda bir neçə min göyərçin görmək mümkün idi. 2007-ci ildə London bələdiyyəsi quşların yemlənməsini qadağan etdi. Belə ki, quşların ifrazatını təmizləmək baha başa gəlirdi.
3-cü yer: Floridada yerləşən Disneyworld 2 Manhetten adasının ərazisinə bərabər həcmdə ərazini əhatə edir.
2-ci yer: Vaşinqtonda yerləşən milli memorial park Amerika milli şəxsiyyətinin simvolu hesab edilir. Yeni evli cütlüklər mütləq olaraq şəkil çəkdirmək üçün oraya üz tuturlar.
1-ci yer: Nyu-Yorkda yerləşən Times-Square – Manhettenin mərkəzi hissəsində yerləşən ərazidir. Ərazi öz adını əvvəllər burada yerləşən The New York Times qəzetinin baş ofisinin adından götürmüşdür. Bu şəhərin yeganə rayonudur ki, buranın sakinləri parlaq reklam lövhələrini nümayiş etdirmək məcburiyyətindədirlər. Meydanda neon işıqların parlaqlığı və sıxlığı Las-Veqasın reklamları ilə rəqabət aparır. Burada ən diqqət çəkən reklamlardan biri NASDAQ fond indekləri qrupuna məxsusdur. Reklam panelinin dəyəri 37 milyon dollardır. Bundan əlavə, NASDAQ hər il icarə haqqı olaraq 2 milyon dollar ödəyir.