19 C
Baku
Friday, October 4, 2024

Dünyanın ən dəhşətli muzeyi

Bu Los-Ancelos-da yerləşən Ölüm muzeyidir və özündə silsilə qətillər törədən qatillər tərəfindən yaradılmış incəsənət nümunələrini əks etdirir. Muzeydə sərgilənən nümunələr hətta əsəbləri dəmirdən olan insanları belə təsirləndirməyi bacarır. Muzeyin divarlarında insanları dəhşətə salan qətl səhnələri, qurbanların təsvirləri, dəhşətli yol qəzalarını əks etdirən şəkilləri görə bilərsiniz. Bu təsvirləri gördükdən sonra yəqin ki, bir daha sükan arxasında əyləşmək istəməyəcəksiniz. 

Həmçinin muzeydə xüsusi bir otaq vardır ki, burada nə vaxtlarsa basdırılmış atributlar, müxtəlif edam və qətl hadisəsi təsvirlərini görə bilərsiniz. Bundan əlavə, sırf intihar hallarına həsr olunmuş otaq da mövcuddur.

Bütün bunları oxuduqdan sonra ABŞ-da yerləşən bu muzey sizə elə də dəhşətli təsir bağışlamadısa, öz gözlərinizlə görməyiniz məsləhətdir.

Son xəbərlər
Digər xəbərlər