26 C
Baku
Saturday, April 20, 2024

Dünyanın ən effektiv liderinin adı açıqlanıb

Amerikalı jurnal Harvard Business Review dünyanın ən səmərəli rəhbərlərin yeni bir sıralamasını nəşr edib. Banker.az bu barədə Bizplus.az-a istinad edir.

Reytinqdə birinci yeri Zara, Pull & Bear, Massimo Dutti, Bershka və digər geyim markalarına sahib olan “Inditex” şirkətinin İdarə Heyətinin sədri Pablo İsla tutur. İsla üst-üstə ikinci ildir ki, dünyanın ən səmərəli rəhbərləri  sıralamasınıda birinci pillədə qərarlaşır. Onun 54 yaşı var, 13 ildir CEO olaraq Inditex şirkətinə rəhbərlik edir və yeddi il idarə heyətinin sədri vəzifəsində çalışıb. Isla Madridin Complutense Universitetində hüquqi təhsil alıb. Şirkətə qoşulmadan əvvəl İspaniyanın İqtisadiyyat və Maliyyə Nazirliyində, Banco Popular bank qrupunda işləyib, Altadis tütün şirkətinin başçısı olub.

Reytinqin ilk beşliyinə daxildir:

2-ci yer – NVIDIA-nın təsisçisi, prezidenti və baş icraçı direktoru, Jin-Sun-Xuan;

3-cü yer – CEO və LVMH qrupun İdarə Heyətinin sədri (Louis Vuitton, Christian Dior, Moet & Chandon, Hennessy və digər brendlərin sahibi) Bernard Arnaud;

4-cü yer – Kering Group şirkətinin icraçı direktoru və Direktorlar Şurasının sədri (Gucci, Brioni, Balenciaga, Ulysse Nardin və s.) Francois-Henri Pino;

5-ci yer – Continental şin şirkətinin icraçı direktoru və avtomobil hissələri istehsalçısı Elmar Degenhart

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər