13 C
Baku
Monday, January 12, 2026

Dünyanın ən gəlirli 20 idman komandası — Forbes 2026

Ötən ilin yekunlarına görə, dünyanın ən gəlirli 20 idman françayzı birlikdə 4,5 milyard dollar əməliyyat mənfəəti əldə edib. Lakin bu komandalar arasında biri özünəməxsus “liqa”da çıxış edir və istənilən digər komandanı 200 milyon dollardan çox fərqlə qabaqlayır.

Artıq 30-cu il ardıcıl olaraq Amerika futbolu üzrə “Dallas Cowboys” komandasının oyunçuları “Super Bowl”un yayımını evdən izləyəcəklər. Dəyəri 13 milyard dollar olan və dünyanın ən bahalı idman komandası sayılan “Cowboys” eyni zamanda ən gəlirli françayzdır. Qiymətləndirmələrə görə, ötən mövsümdə komanda 629 milyon dollar əməliyyat mənfəəti (faizlər, vergilər, köhnəlmə və amortizasiya çıxılmadan əvvəl) əldə edib.

Lakin investorların gözləntiləri dəyişir. Komandalar sponsorluq müqavilələrindən daha çox gəlir əldə edirlər, həmçinin milli media hüquqları üzrə ödənişlərin artması fonunda liqalarından daha yüksək və gəlirli ödənişlər gözləyə bilərlər. Məsələn, “Forbes”in qiymətləndirmələrinə görə, “NFL”də komandaların orta gəliri 662 milyon dollar təşkil edib və son on ildə 91% artıb. Keçən mövsümdə hər bir françayz liqadan təxminən 443 milyon dollar qazanıb.

“Formula-1” də 2021-ci ildə rəqabəti artırmaq məqsədilə komandaların avtomobillərin layihələndirilməsi və konstruksiyası ilə bağlı bir çox sahələrdə xərclərini məhdudlaşdıran xərc tavanının tətbiqi fonunda oxşar transformasiya yaşayır.

Və əksinə, Avropa futbolunda bu cür xərc nəzarətinin olmaması o deməkdir ki, hətta aparıcı klublar da ciddi itkilərlə üzləşə bilər. Məsələn, Fransanın “Paris Sen-Jermen” klubu 2023–2024 mövsümündə təxminən 111 milyon dollar zərər edib.

20 ən gəlirli komanda sırasına düşən və eyni vaxtda iki françayza nəzarət edən cəmi bir komanda sahibi var — “Sten Kronke”. O, həm “NFL”də çıxış edən “Los-Anceles Rams” klubuna, həm də İngiltərə Premyer Liqasının London təmsilçisi “Arsenal”a sahibdir.

Bununla belə, bu iki komandanın birlikdə əldə etdiyi 417 milyon dollarlıq əməliyyat mənfəəti “Cowboys”un göstəricisindən 200 milyon dollar azdır.

Dünyanın ən gəlirli 20 idman komandası

  1. Dallas Cowboys — dəyəri $13 milyard, əməliyyat mənfəəti $629 milyon;
  2. Golden State Warriors — dəyəri $11 milyard, əməliyyat mənfəəti $409 milyon;
  3. Edmonton Oilers — dəyəri $3,2 milyard, əməliyyat mənfəəti $244 milyon;
  4. Los Angeles Rams — dəyəri $10,5 milyard, əməliyyat mənfəəti $244 milyon;
  5. Mercedes — dəyəri $6 milyard, əməliyyat mənfəəti $227 milyon;
  6. New England Patriots — dəyəri $9 milyard, əməliyyat mənfəəti $222 milyon;
  7. Atlanta Hawks — dəyəri $5 milyard, əməliyyat mənfəəti $203 milyon;
  8. Philadelphia 76ers — dəyəri $5,45 milyard, əməliyyat mənfəəti $203 milyon;
  9. Houston Rockets — dəyəri $5,9 milyard, əməliyyat mənfəəti $191 milyon;
  10. Toronto Maple Leafs — dəyəri $4,4 milyard, əməliyyat mənfəəti $191 milyon;
  11. Manchester United — dəyəri $6,6 milyard, əməliyyat mənfəəti $185 milyon;
  12.  Tottenham Hotspur — dəyəri $3,3 milyard, əməliyyat mənfəəti $184 milyon;
  13. New York Rangers — dəyəri $4 milyard, əməliyyat mənfəəti $182 milyon;
  14. New York Giants — dəyəri $10,1 milyard, əməliyyat mənfəəti $181 milyon;
  15.  New York Jets — dəyəri $8,1 milyard, əməliyyat mənfəəti $180 milyon;
  16. Las Vegas Raiders — dəyəri $7,7 milyard, əməliyyat mənfəəti $179 milyon;
  17. Arsenal — dəyəri $3,4 milyard, əməliyyat mənfəəti $173 milyon;
  18. Los Angeles Lakers — dəyəri $10 milyard, əməliyyat mənfəəti $170 milyon;
  19. Chicago Bulls — dəyəri $6 milyard, əməliyyat mənfəəti $160 milyon;
  20. Houston Texans — dəyəri $7,4 milyard, əməliyyat mənfəəti $156 milyon.

Gəlirlilik reytinqi “Forbes”in son mövcud məlumatlara əsaslanan əməliyyat gəliri (faizlər, vergilər və amortizasiya çıxılmadan əvvəlki mənfəət) ilə bağlı qiymətləndirmələrini əks etdirir. Mənfəət göstəriciləri ABŞ dolları ilə göstərilib və milyon dollara qədər yuvarlaqlaşdırılıb.

Komandaların göstərilən dəyəri isə müəssisə dəyərini (səhmdar kapitalı və xalis borcun cəmi) ifadə edir və hər bir komandanın stadionunun iqtisadiyyatını əks etdirir (stadionda keçirilən konsertlər və digər idmandan kənar tədbirlərdən komanda sahibinə daxil olan gəlirlər də daxil olmaqla), lakin stadionun daşınmaz əmlak kimi dəyərini əhatə etmir.

Son xəbərlər
Digər xəbərlər