14 C
Baku
Saturday, November 23, 2024

Dünyanın ən gənc kriptomilyarderinin sərvəti $4 mlrd. artıb

“Forbes USA”ın hesablamalarına görə, “FTX” kriptobirjasının qurucusu, yaşı 30-dan az olan dünyanın ən varlı kriptomilyarderi Sem Benkman-Fridin sərvəti son bir ayda 4 milyard dollar artıb.

Banker.az xəbər verir ki, hal-hazırda 29 yaşlı milyarderin kapitalı 26.5 milyard dollar olaraq qiymətləndirilir.

Xatırladaq ki, cümə axşamı günü “FTX” kriptobirjası 421 milyon dollar topladığını və 25 milyard dollar dəyərində qiymətləndirildiyini açıqlayıb. Buna əsasən, “Forbes USA” 29 yaşlı iş adamının sərvətini 26.5 milyard dollar olaraq hesablayıb. Qeyd edək ki, entyabrda bu göstərici 22.5 milyard dollar olub.

Son bir ayda Benkman-Frid “Forbes USA”ın ən varlı amerikalılar siyahısında debüt edib. O, yaşı 30-dan az olan dünyanın ən varlı milyarderləri arasında ikinci yeri tutur. Reytinqin lideri “Facebook”un qurucusu Mark Çukerberqdir – o, 29 yaşında 28.5 milyard dollarlıq sərvətə sahibdir.

Benkman-Fird “FTX”i 2.5 il əvvəl istifadəyə verib və dünyanın ən böyük kriptobirjalardan birinə çevirib. Verilən məlumata görə, birjanın gündəlik əməliyyat həcmi 14 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğin böyük hissəsi opsion və fyuçers müqavilələrinin payına düşür. Şirkət iyul ayından bəri istifadəçi bazasının 48%, ticarət həcminin isə 75% artdığını açıqlayıb.

İyun ayında “FTX” 24/7 rejimində “Tesla”, “Google”, “Facebook” və “Netflix” daxil olmaqla dünyanın 60 ən böyük şirkətin tokenləri ilə ticarət etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər