9 C
Baku
Wednesday, December 25, 2024

Dünyanın ən gənc milyarderləri

Milyarder… Bu sözü eşitdikdə təsəvvürümüzdə bütün illərini işləməyə, öz sərvətini yığmağa sərf etmiş yaşlı bir şəxs yaranır. Lakin son zamanlarda gənc milyarderlər də diqqət çəkməkdədir. Görünür, iqtisadiyyat zamanla gəncləşir. Bizim siyahımızda yer almış biznesmenlər 40 yaşdan kiçik olan milyarderlərdir və onlar öz növbəsində 1 milyard dollardan çox gəlir əldə edə bilib. 

10. Lourens Ho – 37 yaş, sərvəti – 3 milyard dollar

120421.640xp

Honq Konq və Makaoda işləyən biznesmenin oğlu atasının yaratdıqlarından istifadə etmək əvəzinə, öz işini yaratmağa qərar verib. Onu bir neçə ardıcıl olaraq Honq Konqun ən yaxşı CEO-su adlandırıblar. Biznesmenə əsas milyardları Makaodakı fəaliyyəti gətirmişdir. Makaodakı gəlir isə Las-Veqasdakı gəliri 5 dəfə üstələyir.

9. Yvonne Bauer və ailəsi: 36 yaş, sərvəti – 3,5 milyard dollar

120420.640xp

Yvonne Bauer-i inqilabçı hesab etmək olmaz. O Bauer Media Group şirkətinə rəhbərlik etmiş beşinci nəslin nümayəndəsidir.  Bununla yanaşı ailə mətbuat ilə ünsiyyət qurmağı sevmir və Bauer-də onlardan geri qalmır. Biznesin idarə edilməsinə ciddi alman yanaşması şirkəti daha da irəli aparmağa kömək edir. O 500 milyon dollara ACP Magazines-i əldə etmişdi. Bauer Media Group dünyanın 37 ölkəsində 600-dən çox jurnal və qəzet nəşr etdirir.

8. Thurn və Taxis şahzadəsi Albert – 30 yaş, sərvəti – 3,8 milyard dollar

120403.640xp

O Almaniyanın ən varlı insanlarından biridir və 2001-ci ildə atasından böyük bir sərvəti miras olaraq əldə edib. Onun sahib olduğu aktivlərə 36 min hektar torpaq, daşınmaz əmlak, incəsənət nümunələri daxildir. O İtaliyada təhsil aldıqdan sonra vətənində hərbi xidmətini başa vurmuşdur. Bundan sonra isə Edinburq universitetində təhsil alıb. Avtomobil yarışları isə ən sevimli hobbisidir.

7. Eduardo Saverin – 31 yaş, sərvəti – 4,1 milyard dollar

120402.640xp

Braziliyalı milyarder Eduardo Saverin Facebook sosial şəbəkəsinin 5% səhminə sahibdir. Harvard universitetində əldə edilən təhsil amerikan bazarının sirrini tez açmağa kömək edib. O ilk əvvəl öz universitetinin investisiya assosiasiyasının prezidenti olub və Braziliyanın neft saəhəsinə qoyulan investisiyadan 300 min dollar qazanıb. Daha sonra isə Mark Tsugerberq ilə birgə Facebook layihəsini yaradıb.

6. Scott Dunkan  – 31 yaş, sərvəti – 6,3 milyard dollar

120419.640xp

Texasdan olan bu milyarder son zamanlar stabil olaraq varlanmağa davam edir. Onun sərvəti öz Enterprise Products Partners biznesi ilə birgə artır. O da öz sərvətinin böyük bir hissəsini 2010-cu ildə dünyasını dəyişmiş atasından miras olaraq əldə etmişdir. Energetika Texasda başlıca qazanc vasitələrindən biridir və onun şirkəti 51 min kvadrat mil əraziyə sahib neft və qaz aktivlərinə sahibdir.

5. Yan Kum – 38 yaş, sərvəti – 6,8 milyard dollar

120418.640xp

Ukrayna əsilli bu biznesmen məşhur WhatsApp messencerinin yaradıcısıdır. Yan Kum gənc yaşlarında ailəsinə kömək etmək üçün mağaza açmışdı. Daha sonradan isə San-Xose dövlət universitetində təhsil alıb. 1997-ci ildə Yahoo! şirkəti onu işə götürür. 2009-cu ildə isə o öz partnyoru ilə WhatsApp-ı yaradır.

4. Dastin Moskoviç – 29 yaş, sərvəti – 6,8 milyard dollar

120417.640xp

Moskoviç Facebook şirkətinin texnologiyalar üzrə ilk sədri, daha sonradan isə mühəndislik bölməsinin rəhbəri olmuşdur. Lakin o 2008-ci ildə yeni Asana şirkətini yaratmaq üçün Facebook-u tərk etmişdi. Bununla belə, bu gün onun sərvətinin böyük hissəsini Facebook-da sahib olduğu 5%-lik səhm payı təşkile dir.

3. Yan Huiyuan – 32 yaş, sərvəti – 6,9 milyard dollar

120416.640xp

Yan Huiyuan 2008-ci ildə sərvətinin bir hissəsini fond bazarındakı böhranda itirməsinə baxmayaraq Çinin ən varlı qadını olaraq qalmışdı. 2013-cü ildə onun sahib olduğu biznesin həcmi 24,2% artmış və 1,4 milyard dollar təşkil etmişdi. Bu milyarder qadın da sərvətinin bir hissəsini atasından əldə etmişdir.

2. Alejandro Santo Domingo Davila və ailəsi: yaş – 37, sərvəti – 11,1 milyard dollar

120415.640xp

2011-ci ildə bu milyarder SABMiller şirkətinin 15%-ni miras olaraq əldə edir. Bu şirkət dünyada pivə istehsalı üzrə ikinci yerdədir. Lakin biznesmenin şirkətdəki payı üzərində idarəçiliyi ona 10 milyard dollar qazandırmışdır.

1. Mark Tsugerberq – 29 yaş, sərvəti – 28,5 milyard dollar

120413.640xp

Mark Tsugerberqin fəaliyyəti və qazancı artmaqda davam edir. Biznesmen riskli qərarlar verməkdən də çəkinmir. Bu riskli qərarlara ən yaxşı nümunə olaraq 19 milyard dollara WhatsApp messencerinin əldə edilməsini göstərə bilərik.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.