22 C
Baku
Friday, April 26, 2024

Dünyanın ən gənc milyarderləri

Milyonlarla gəlir gətirən kompaniyanın əsasını qoymaq heç də hər oğulun işi deyil. Milyon qazanmağa heç də hamı müyəssər olmur, çoxları isə bundan ötrü ömürlərinin yarısını sərf etəli olur. Bizim bugünkü siyahının qəhrəmanları sözün əsl mənasında “oğuldurlar”, onlar  milyonları gənclik dövrlərini şa vurmamış qazanıblar. 

Dünyada cavan vunderkindlərin sayı gündən-günə artır. Sizə xüsusi istedadlı və müxtəlif kompaniyalara rəhbərlik edən gənc insanları siyahısını təqdim edirik.

Ben Zilberman. Yaş: 29

Ben Zilberman Google-dan getmişdir ki, öz kompaniyasının əsasını qoysun. Bir neçə uğursuz cəhddən sonra fotoşəkil kolleksiyası toplamaq ilə məşğul olan Pinterest kompaniyasını təsis edir. Kompaniyanın dəyəri hal-hazırda 1,5 milyard dollar həcmində iymətləndirilir.

Pinterest hər ay 20 milyona yaxın istifadəçi tərəfindən ziyarət olunur. Bu onu sosial medianın zirvəsində dayanmağa layiq edir. Yeri gəlmişkən Zilbermanın həmtəsisçisi Evan Şarpın da 29 yaşı var.

Kevin Sistrom. Yaş : 27

millioneri3 400.jpg

 2010-cu ildə Sistrom özünün 25 yaşlı ortağı və həmtəsisçisi Mayk Kriqer ilə bilikdə Instagram -ən populyar mobil foto təminat proqramının əsasını qoyur, hal-hazırda 80 milyondan artıq insan bu proqramdan yararlanır. Instagram  bu yaxınlarda 1 milyard dollara Facebook-a satılıb.

Dryu Xyuston. Yaş: 29

millioneri2 400.jpg

Xyuston Dropbox kompaniyasını yaratmışdır, bu proqram bir-birindən ayrı olan serverlərdə fayl və sənəd yaradaraq yerləşdirməyə, həmçinin mübadilə etməyə icazə verir. Apple kompaniyanı almağa cəhd etmiş, lakin Xyuston sövdələşmədən imtina etmiş və Dropbox-un işlərini müstəqil surətdə idarə etməyə üstünlük vermişdir. Ötən il ərzində kompaniyanın gəlirləri 240 milyon dollar təşkil etmişdir.

Aaron Levi. Yaş : 27

millioneri 400.jpg

2006-cı ildə Aaron 1,3 milyard dollar həcmində qiymətləndirilən Box kompaniyasının təməlini qoydu.

 Box yuxarıda adını qeyd etdiyimiz Dropbox kompaniyasının rəqibidir, o da fayl və məlumatların saxlanılması ilə bağlı xidmətlər təklif edir. Kompaniyanın biznes planı Aaron tərəfindən o hələ universitetdə oxuyarkən hazırlanıb. Hal-hazırda kompaniyanın səhmlərinin qiyməti 1,3 milyard dollar dəyərindədir.

Brayan Çeski. Yaş : 29

barayan

 2008-ci ildə Çeski, daha iki 20 yaşlı şəriki (Co Cebia və Natan Bleçartsuk) ilə birlikdə Airbnb kompaniyasını yaradırlar, kompaniya evlərin kirayə verilməsi ilə məşğul olur. Sayt böyük səs-küyə səbəb olur və görünməmiş müvəffəqiyyət qazanır, çünki  Airbnb sözü gedən sahə ilə məşğul olan ilk proyekt idi. Layihə öz sahibənə 1 milyard gəlir gətirir.

Mark Tsukerberq. Yaş: 28

millioneri8 400.jpg

2004-cu ildə Mark Tsukerberq Facebook-u işə saldı, bu nəhəng sosial şəbəkənin əsası onun tərəfindən hələ o, Harvardda oxuyarkən qoyulmuşdu. Bu yay sosial şəbəkənin istifadəçilərinin sayı  900 milyondan çoxdur. Kompaniya ildə 4 milyard gəəlir gətirirdi. Lakin uğursuz İPO-dan sonra şirkətin səhmləri 20% ucuzlaşıb.

Endryu Mason. Yaş: 31

millioneri7 400.jpg

 2008-ci ildə Mason Groupon kompaniyasını yaradır, başlanğıcda bu çox uğursuz bir start-up idi.  Amma cəmi iki il sonra gənc insan  kütləvi kupon biznesini inkişaf etdirə bilir. Hal-hazırda onun biznesi 6 milyard dollar civarında qiymətləndirilir. Ötən rüb ərzində kompaniyanın gəliri 559 300 000 dollar təşkil edib.

Devid Karp. Yaş: 26

millioneri6 400.jpg

 2007-ci ildə 21 yaşlı Karp Tumblr –mikrobloqqinq servisinin əsasını qoyur, bunun sayəsində istifadəçilər mətnli məlumatları, təsvirləri və bu kimi digər şeyləri Tumblelog-əlavə edə bilirlər. Hal-hazırda kompaniyanın gəliri 125 milyon dollar təşkil edir, indi şirkətdə 100-dən artıq əməkdaş çalışır. Elektron səhifələrdə aylıq olaraq 15 milyarddan artıq baxış sayı toplanır.

Adam  Deancelo. Yaş : 27
millioneri5 400.jpg

Adam Facebook-un ilk texniki direktoru olub. Onun Quora kompaniyasının qiyməti  400 milyon dollardır və qeyd edildiyi kimi gənc insan 1 milyard dollar həcmində sövdələşmədən imtina edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər