17 C
Baku
Sunday, May 5, 2024

Dünyanın ən gözəl kəndi turistlər üçün yeni qayda tətbiq edib

Avstriyanın Hallstatt kəndi turistlərin sayını məhdudlaşdırmaq üçün onlara biletlər təqdim edir.

Bu barədə “The Times” nəşri məlumat yayıb.

Alp dağlarında gölün sahilində yerləşən bu kənd Avstriyanın ən mənzərəli kəndi hesab olunur. 1997-ci ildə Hallstatt YUNESKO-nun dünya irsinə daxil edilmişdir. Lakin əsl populyarlıq Disneyin “Dondurulmuş Ürək” cizgi filminin buraxılışından sonra gəlib.

800 əhalisi olan Hallstatt mövsümün qızğın vaxtında gündə 10 minə qədər turist qəbul edir. İllik axın bir milyona çatır. Hallstattda yerli sakinlər turistlərdən o qədər yorulublar ki, ziyarətçilərin sayını məhdudlaşdırmaq üçün bilet sistemi tətbiq etməyə hazırlaşırlar.

Avqustun sonunda yüzlərlə yerli sakin yeni turistlərin gəlməsinə etiraz edərək şəhərə gedən magistral yolu bağlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər