25 C
Baku
Sunday, April 28, 2024

Dünyanın ən güclü ordularına malik ölkələrin siyahısı açıqlanıb

“Global Fire Power” 2024-cü il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb.

Siyahı ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və sair kimi 60 individual faktor nəzərə alınmaqla hazırlanıb.

145 ölkənin yer aldığı siyahıda Türkiyə ordusu dünyanın ən güclü ordusuna malik 8-ci ölkə olub.

Reytinqin ilk onluğu aşağıdakı kimidir:

1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Cənubi Koreya
6. Böyük Britaniya
7. Yaponiya
8. Türkiyə
9. Pakistan
10. İtaliya

Fransa (11) dünyanın ən güclü ordularının ilk onluğuna daxil ola bilməyib. İran 14-cü, Misir 15-ci, İsrail 17-ci, Ukrayna 18-ci, Almaniya isə 19-cu pillədə qərarlaşıb.

Azərbaycan Ordusu 145 ölkə arasında 59-cu, Gürcüstan 84-cü, Ermənistan 102-ci yerdə qərarlaşıb. Siyahıya əsasən dünyanın ən zəif orduları Benin (141), Somali (142), Surinam (143), Moldova (144) və Butandır (145).

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər