21 C
Baku
Tuesday, October 8, 2024

Dünyanın ən güclü ordularının reytinqi

Amerikanın The National Interest nəşri dünyanın ən güclü ordularının reytinqini təşkil etmişdir. Bu reytinqin ilk 5-liyinə isə ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniya daxil ola bilib.

1–ci yer — ABŞ ordusu

ABŞ-da hərbi qulluqçuların sayı 533 min insan təşkil edir. Bununla yanaşı ehtiyatda olan şəxslərin və milli qvardiyanın əsgərlərinin sayı milyondan çoxdur.

Texniki avadanlıq və cihazlar dünyanın istənilən nöqtəsində müharibə etmək imkanı yaradır. Bütün dünya üzrə isə ölkə 730-dan çox hərbi bazaya sahibdir və həmçinin nüvə silahına sahibdir.

2-ci yer — Çinin Xalq Qurtuluş ordusu

Bu ordu dünyanın ən çoxsaylı ordusudur və quru qoşunlarının sayı 1,6 milyona yaxındır. Müasirləşməyə başmayaraq Çin ordusu çox sayda köhnə cihazlara sahibdir. Lakin buna baxmayaraq nüvə silahına sahibdir.

3-cü yer — Hindistan ordusu

Hindistan ordusu sayına görə Asiyanın ikinci böyük ordusudur. 1,12 milyon insan hərbi qulluq qarşısındadır. Ordunun əsasını Çin və Pakistan sərhədində cəmlənmiş quru qoşunları təşkil edir.

Hindistanın hərbi qüvvələri texniki cəhətdən yaxşı təşkil edilib. Ordu qərb tərzində müasirləşdirilib və nüvə silahına sahibdir.

4-cü yer — Rusiya ordusu 

National Interest-in verdiyi məlumata görə RF-nın sahib olduğu quru qoşunlarının sayı 285 min nəfər təşkil edir. Ordu texniki cəhətdən yaxşı təşkil edilib. Bununla belə ordu döyüş təcrübəsinə sahib olsa da, ölkə sərhədlərinin qorunması baxımından qənaət bəxş deyil. Belə ki, ölkə ərazisinin geniş olması baxımından bir əsgərə orta hədlə 60 kvadrat metr ərazi düşür. Rusiya ordusu da həmçinin nüvə silahına sahibdir.

5-ci yer — Böyük Britaniya ordusu 

Ölkədə hərbi qulluqçuların sayı 102 min nəfərdir. The National Interest-in fikrinə görə Böyük Britaniya ordusu Avropanın ən mübariz ordularından biridir. Hərbi qulluqçular quruda olduğu kimi, səma və dənizdə də geniş miqyasda hərbi əməliyyat həyata keçirməyə qadirdir. Britaniya ordusu da reytinqin digər iştirakçıları kimi nüvə silahına sahibdir.

Son xəbərlər
Digər xəbərlər