9 C
Baku
Friday, December 13, 2024

“Dünyanın ən həssas ölkəsi”: Maldiv adaları əsrin sonuna qədər yox ola bilər

Əgər dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizə aparmasalar, Maldiv adaları bu əsrin sonuna qədər yox ola bilər. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Aminat Şauna məlumat verib.

Onun sözlərinə görə, ətraf mühit indiki kimi zərər görməyə davam etsə, 2100-cü ilədək Maldiv adaları “mövcud olmayacaq”.

“İqlim dəyişikliyi realdır və biz dünyanın ən həssas ölkəsiyik”, – deyə nazir “CNBC”yə bildirib.

O, Maldiv adalarının 80%-nin dəniz səviyyəsindən bir metr yüksəklikdə yerləşdiyini qeyd edib. Şauna adaların böyük hissəsinin daşqın altında olduğunu vurğulayıb.

Eyni zamanda nazir Maldiv adalarının səlahiyyətli orqanlarının iqlim dəyişikliyinin təsirini minimuma endirmək üçün bir sıra tədbirlər gördüyünü əlavə edib. Məsələn, hal-hazırda sahilyanı rayonların mühafizəsi həyata keçirilir. Bundan əlavə, Maldiv adaları istixana qazı tullantılarının azaldılması sahəsində lider olmağı hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər