10 C
Baku
Wednesday, December 11, 2024

Dünyanın ən hündür qülləsi haqqında maraqlı faktlar

2010-cu ilin yanvar ayında rəsmi olaraq “Burc- Xəlifə” qülləsi açılır. Dubayda yerləşən bu göydələnin hündürlüyü 828 metrdir.

Bu qüllə dünyanın ən hündür tikintisidir.

Biz sizə bu məqalədə “Burc- Xəlifə” qülləsi barəsində bir neçə maraqlı faktlar təqdim edəcəyik.

Binanın xüsusiyyətləri

Qüllənin tikilməsinə 320 min kv. metr beton və 60 min tondan çox poladdan armatur sərf edilmişdir. Qalan iki mərtəbə isə metal konstruksiyalarından inşa ediliblər.

160-cı mərtəbə inşa olunandan sonra beton işlərinə son qoyulur.

Binanın forması stalaqmiti xatırladır və qüllə assimetrik quruluşa malikdir. Göydələnin 162 mərtəbəsi var. Onun sahəsi 1 milyon kv. metrdən çoxdur.

0_f0669_8ffa8aae_XL

Şüşələndirmə

Binanın fasadları 26 min şüşə panelləri ilə təchiz ediliblər. Onların sahəsi beş futbol meydançasının sahəsinə bərabərdir.

Günəş işığını əks etdirən şüşə termo panelləri binanın daxilində temperaturun azalmasını təmin edirlər. Və kondesionerlərdən istifadə edilməyə ehtiyac qalmır.

Qüllənin şüşələrini hər gün yuyurlar. Lakin bütov binanın yuyulmasına üç ay vaxt tələb olunur.

0_f066b_d4d51872_XL

Liftlər

Binada 65 lift quraşdırılıb. Lakin qüllədə yalnız bir xidməti lift var. O, birinci mərtəbədən axırıncı mərtəbəyə qalxır. Lift ilə səyahət etmək istəyən digər sakinlər və ziyarətçilər isə mərtəbələri fasilələr ilə qalxmalı olurlar. Liftlərin kabinlərinin sürəti saniyədə 18 metrə çatır.
Göydələnin liftlərlə təchiz olunmasına 36 milyon dollar pul sərf edilmişdi.

Bünovnə

Binanın bünovrəsində 200 ədəd asma payalardan istifadə edilib. Onların uzunluğu 45 metr, diametri isə 1,5 metr təşkil edir. Bundan savayı, layihə üçün xüsusi olaraq xüsusi beton markası düzəldilmişdi. O, +50 dərəcəyə qədət temperatura tab gətirir.

Beton qarışığını gecələr vururdular. Məhlula isə buz əlavə edirdilər.

0_f066c_91238505_XL

Elektro təchizat sistemi

Qüllənin muxtar elektro təchizat sistemi var.

Meydançalar

Binada sakinlər və ziyarətçilər üçün dörd meydança var. Ən hündür meydança 505 metr hündürlükdə yerləşir. Bu meydançalarda binokllər quraşdırılıb. Binoklləri obyektə çevirən kimi obyektlər haqqında qısa məlumat verilir.

0_f066e_716eed9f_XL

İnteryerin dizaynı

İnteryerin dizaynı Çikaqo şirkəti Skidmore, Owings&MerrillLLP tərəfindən işlənilmişdir. Dizaynerlər əsasən yerli mədəniyyət ornamentlərindən istifadə edirlər. Və paslanmayan metallardan istifadə etmişdilər.

“Burc- Xəlifə”nin aşağı mərtəbələrində 160 nömrə yerləşir və onların interyeri ilə Corcio Armanı məşğul olmuşdu.

Rekordlar

«Burc- Xəlifə» dünyanın ən hündür tikintisidir.

Həmçinin bu qüllə ən çox mərtəbəsi olan bina kimi rekordlar qırıb. Binada dünyanın ən böyük hovuzu yeləşir. Qüllənin 143-cü mərtəbəsində ən böyük gecə klubu və 158-ci mərtəbəsində ən hündür məscid yerləşir.

0_f066a_15cf1e0d_XL

Qalmaqallar

Qüllənin ucaldığı zaman mətbuatda Cənubi Asiyadan olan fəhlələrin dəhşət şəraitlərdə çalışdıqları haqqında məlumatlar yayılmağa başlayır. Onların əmək haqqları gecikdirilirdi, işə götürənlər tərəfindən şəxsiyyət vəsiqələri alınmışdı. Hətta işçilərin xəsarət aldığı və bir işçinin vəfat etdiyi haqqında məlumatlar da mətbuatda yer tapmışdı.

2006-cı ilin mart ayında tikinti meydançasında insident baş verir: təxminən 2500 işçi avtomobillərə, ofislərə, kompüterlərə və tikinti texnikalarına zərər yetirirdilər. Həmin günün səhəri işləməkdən imtina edirlər və onların əmək haqqları artmayana qədər və iş şəraitlərinin yaxşılaşdırılmayana qədər işləməyəcəklərini bəyan etmişdilər.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.