Beynəlxalq Hava Limanları Şurası tərəfindən bu gün açıqlanan hesabata görə, Dubay Beynəlxalq Hava Limanı beynəlxalq sərnişin axını baxımından dünyanın ən işlək aeroportudur.
Bu barədə WAM xəbər agentliyi məlumat yayıb. Məlumata görə, 2024-cü ildə sərnişinlərin ümumi sayı 9,5 milyarda yaxın olub ki, bu da 2023-cü ildən 9 faiz və pandemiyadan əvvəlki səviyyədən (2019) 3,8 faiz artım deməkdir.
Qlobal trafikin 9 faizini (855 milyon sərnişin) təmsil edən ən işlək 10 hava limanı 2023-cü ildən 8,8 faiz və 2019-cu ilin nəticələrinə nisbətən 8,4 faiz (2019-cu ildə 789 milyon sərnişin) artımın şahidi olub. Hava yüklərinin həcminin illik müqayisədə 8,4 faiz (2019-cu ilə nisbətən +3,9 faiz) artaraq 2024-cü ildə 124 milyon metrik tondan çox olacağı təxmin edilir.