Bir çox uşaqların evlərində dəcəllik etdikləri vaxt sizə bu məqalədə bəhs edəcəyimiz uşaqlar artıq öz bir neçə milyonluq bizneslərini qururlar, möhtəşəm simfoniyalar yaradırlar və elmi ixtiralar edirlər.
Beləliklə, biz sizə dünyanın ən istedadlı uşaqlarının siyahısını təqdim edirik.
Farrel Vu
BusinessInsider jurnalı Farrel Vunu dünyanın ən ağıllı və istedadlı uşaqlarından biri adlandırır. 2012-ci ildə AustralianMathematicCompetition (AMC) nüfuzlu riyaziyyat yarışmasında iştirak edir və təcrübəli riyaziyyatçıları qabaqlayaraq birinci yeri tutur. Vunun bir yaşı olanda o, riyazi məsələləri həll edirdi, üç yaşında isə artıq birjada ticarətdə iştirak edirdi, 10 yaşında olanda onu Miçiqan Universitetinə qəbul edirlər. Orada o, bank işini və investisiyanı öyrənirdi.
Culiano Stro
Culiano Stro dünyanın ən gənc bodibilderidir. Onun uğurlarına bütün dünyanın ən yaxşı bodilbilderləri paxıllıq edə bilərlər. İki yaşında olarkən Culiano “Ginnesin rekordlar kitabı”na daxil olmuşdur.
Rayan Vanq
Musiqi dahisi Rayan Vanq bütün musiqi aləmini heyrətə gətirmişdi. Vanq üç yaşından etibarən simfoniyalar yazmağa başlamışdı. Beş yaşında isə o, artıq bütün dünyada 50-dən çox konsert vermişdi.
Akrit Casval
Ən gənc və nüfuzlu cərrahlardan biri Akrit Casval həkim fəaliyyətinə gənc yaşlarına Hindistanda öz doğma şəhərində başlamışdı. Hal-hazırda Akritin 20 yaşı var və ABŞ-ın nüfuzlu universitetlərində birində magistratura pilləsində təhsil alır.
Prianşi Somani
Somanini canlı kalkulyator adlandırırlar . O, Hindistanın ən varlı insanlardan birinin qızıdır. Somani dəfələrlə “Ginnesin rekordlar kitabı”na düşüb və həmçinin nüfuzlu riyaziyat yarışmalarının qalibi olub.
Kristofer Paolini
Yazıçı, “İrs” tetralogiyasını müəllifidir. Kristofer ilk romanını 16 yaşı olanda yazmışdı. Tetralogiya Paoliniyə dünya şöhrəti qazandırmışdı.
Tetralogiyanın uğuruna baxmayaraq bu hal-hazırda 30 yaşı olan müəllifin yeganə əsəridir.
Taylor Ramon Uilson
Taylor nüvə sahəsində ən gənc alimdir. O, 14 yaşında olarkən nüvə parçalanmasını həyata keçirmişdir. 2013-cü ildə TED konfrasında Taylor kiçik yeraltı nüvə reaktorlarının tikintisi ilə bağlı bir sıra inqilabçı fikirlər irəli sürmüşdü.