Bizim dünyada firavan ölkələrlə yanaşı, iqtisadi vəziyyəti heç də ürəkaçan olmayan ölkələr də var. Təbii ki, “qara” yoxsulluq içində yaşayan insanlar və onların ölkəsi haqqında oxumaq o qədərdə xoş deyil.
Bu reytinq CIA World Factbook tərəfindən toplanmış məlumatlar və keçirilmiş tədqiqatlar əsasında qurulub. Təqdim edilmiş siyahıda 10 ölkədən 9-u Afrikada yerləşir. Acınacaqlı iqtisadi duruma baxmayaraq, bu ölkələrin əhalisi heç bir şeydən şikayətlənmir və qeyd edirlər ki, pis olmaları üçün səbəb yoxdur.
- Qvineya
Qvineyanın illik ÜDM-u cəmi 1300 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın ÜDM-u 59 500 dollardır. Digər Qərbi Afrika ölkələrində olduğu kimi, Qvineyada da həyat şəraiti olduqca çətindir.
Onun ərazisi uzun müddət ərzində Fransanın müstəmləkəsi olmuşdur, ölkə yalnız XX əsrin 50-ci illərində müstəqillik qazana bilib. Qvineyada tez-tez hərbi çevrilişlər və mübahisələr baş verir, bu da onun iqtisadi vəziyyətini daha da pisləşdirir.
Maraqlısı odur ki, ölkə bir çox təbii ehtiyatlarla zəngindir. Onlardan dəmir filizi, almaz və qızılı misal göstərmək olar. Təəssüflər olsun ki, qiymətli metalların satışından əldə edilmiş gəlir, məmurların cibinə gedir. Əhalinin 75%-i isə kənd təsərrüfatı ilə məşğul olur.
- Mozambik
Mozambikin ÜDM-u 1200 dollar təşkil etmişdir. İlk baxışdan sizə elə gələ bilər ki, Mozambik ilə Qvineya ÜDM-u arasında cəmi 100 dollar fərq var. Lakin, ölkə əhalisi üçün bu 100 dollar kifayət qədər yüksək məbləğdir.
Qvineya da olduğu kimi, Mozambik müstəmləkə dövləti olaraq 1975-ci ilə qədər portuqallar tərəfindən idarə olunurdu.
Bir sıra vətəndaş müharibələri və çevrilişlər nəticəsində, əhalinin qonşu dövlətlərə kütləvi axını müşahidə olunur.
Aramsız terrorlar və bacarıqsız idarəçilik, Mozambiki dünyanın ən kasıb ölkələrdən birinə çevirdi. Eyni zamanda, ölkə iqtisadiyyatına mənfi təsir göstərən amillərdən biri də təbii fəlakətlərdir.
- Niger
ÜDM-u daha aşağı olan ölkələrdən biri Nigerdir. Afrikanın şimal-qərbində yerləşən bu ölkənin ÜDM-u 1100 dollar təşkil edir. Niger də 1960-cı ilə qədər Fransanın müstəmləkəsi olmuşdur. Zəngin təbii ehtiyatlarına baxmayaraq, ölkə bütünlüklə xarici təchizatdan asılıdır. Əhalinin əksər hissəsi kənd təsərrüfatı məşğul olur. Nəzərə alın ki, ölkə ərazisinin 4/5 hissəsini Saxara səhrası tutur.
Nigerin infrastrukturuna gəldikdə isə qeyd edək ki, burada dəmir yol belə çəkilməyib.
- Malavi
Malavinin ÜDM-u 1100 dollar təşkil edir. Uzun müddət ərzində Malavi Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. Ölkə 1964-cü ildə müstəqillik qazana bilib. Malavinin ilk prezidenti diktator olmuşdur, onun hakimiyyəti 30 il davam edib.
Malavinin gəliri əsasən tütün və çay ixracına əsaslanıb. 80-cı illərdə qiymətlərin kütləvi olaraq aşağı düşməsindən sonra, ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib. Tütün və çaydan başqa burada şəkər qamışı, qarğıdalı və kartof yetişdirilir.
- Tokelau
Siyahıda Afrika ölkəsi olmayan yeganə dövlət Tokelaudur. Tokelau müstəqil dövlət deyil və Yeni Zelandiyanın idarəçiliyi altındadır, burada ÜDM-un səviyyəsi 1100 dollar təşkil edir.
Ada dövləti olaraq, Tokelau balıq ovu və xarici yardım hesabına yaşayır. Ölkənin əhalisi 1500 nəfərdən azdır.
Maraqlıdır ki, ÜDM-un 1/5 hissəsi internet reklamının payına düşür.
- Liberiya
Liberiyada ÜDM-un səviyyəsi 900 dollara qədər düşüb, bunu təsəvvür etmək belə çətindir. Ölkə Afrika qitəsinin qərb hissəsində yerləşir. Liberiyanın yaranma tarixi maraqlı olmaqla yanaşı, kifayət qədər qorxuludur. Ölkə ABŞ-dan gələn qaradərili köçkünlər tərəfindən yaradılaraq, 1847-ci ildə müstəqillik almaqda müvəffəq ola bilib.
Eyni zamanda, ölkə iqtisadiyyatını sarsıdan amillərdən biri də qonşu müstəmləkə dövlətləri olub. Onilliklər ərzində ölkədə bir çox çevriliş və müharibə baş vermişdir.
Liberiyanın əsas gəlir mənbəyi kauçuk, dəmir filizi və ağac ixracıdır. Bundan əlavə ölkə qızıl və almaz ehtiyatlarına malikdir. Gəlirin digər mənbəyi isə ticarət gəmilərdən alınan rüsumlar təşkil edir.
- Konqo Demokratik Respublikası
Siyahımızda növbəti dövlət KDR-dır, burada ÜDM 800 dollar təşkil edir. 1960-cı ilə qədər Konqo belçikalıların hakimiyyəti altında olmuşdur.
Müstəqillik əldə etdikdən sonra, ölkə Mobutu diktatorunun hakimiyyəti altında olub. Həmin dövrdə ölkənin adı Zair idi. Konqonun iqtisadiyyatını sarsıdan amillərdən biri ölkədəki terror və korrupsiya olmuşdur. Ölkənin zəngin təbii ehtiyatlara malik olmasına baxmayaraq (sink, qurğuşun, bürünc), inkişaf səviyyəsi çox aşağı səviyyədədir. İxracatın əhəmiyyətli hissəsini kofe tutur.
- Burundi
Konqoda da olduğu kimi, burada ÜDM-un səviyyəsi 800 dollar təşkil edir. əvvəlki dövrlərdə ölkə Almaniya imperiyasının, sonra isə Belçikanın hakimiyyəti altında olub.
Burundi 1962-ci ildə müstəqillik qazanıb, lakin ilk demokratik seçkilər hələ 31 ildən sonra keçirilmişdi. Burada uzun illər ərzində tutsi və xutu etnik qrupları arasında mübarizə davam edib. Müəyyən sabitlik yalnız son 10 il ərzində əldə edilmişdir. Hal-hazırda, ölkənin gəlirinin əksər hissəsi kənd təsərrüfatının payına düşür (ÜDM-un 40%-i). İxrac olunan məhsullardan dəri, pambıq və çayı misal göstərmək olar.
- Mərkəzi Afrika Respublikası
Dünya üzrə ən kasıb ölkələr sırasında ikinci yerdə CAR durur. Burada ÜDM-un həcmi adam başına 700 dollardır. Qeyd edək ki, ölkə uzun müddət ərzində Avropa dövlətlərinin müstəmləkəsi olmuşdur, müstəqillik əldə etdikdən sonra isə azadlıqla ayaqlaşa bilməyib, iqtisadi cəhətdə çökmüşdür.
Ölkədə korrupsiya və cinayətkarlığın səviyyəsi olduqca yüksəkdir. Təbii ehtiyatlarla zəngin olmasına baxmayaraq, ölkənin vəziyyəti acınacaqlıdır.
- Somali
Reytinqin başında isə ÜDM-u 400 dollar təşkil edən Afrikanın Somali ölkəsi dayanır. Somali 1960-cı ildə müstəqillik əldə etmiş prezidentli respublikadır.
Ölkə dəflərlə dövlət çevrilişlərə və müharibələrə məruz qalaraq, bəlkə də dünyada ən çox zərər çəkmiş dövlətdir. İqtisadiyyatın əsas sektoru kənd təsərrüfatıdır (ÜDM-un 60%-i), əhalinin 2/3 hissəsi bu sahədə çalışır.
İxracatda maldarlıq məhsulları əsas yer tutur.