18.4 C
Baku
Wednesday, May 14, 2025

“Dünyanın ən kasıb prezidenti” olan Uruqvayın keçmiş lideri vəfat edib

Dünyanın ən kasıb dövlət başçısı adlandırılan Uruqvayın keçmiş prezidenti Xose Muxika vəfat edib. Bu barədə Uruqvayın hazırkı prezidenti Yamandu Orsi bildirib. Onun 89 yaşı olub.

Xose Muxikaya qida borusu xərçəngi diaqnozu qoyulub. O, ilin əvvəlində müalicədən imtina edərək ölkəsinin vətəndaşları ilə vidalaşıb.

Cənab Muxika “el presidente ms pobre” və ya “ən kasıb prezident” adlandırılır. Seçildiyi zaman onun yeganə mülkü 1987-ci il istehsalı olan “Volkswagen Beetle” olub. Prezident vəzifəsində olarkən, o, bağ evində yaşamağa davam edib və demək olar ki, bütün maaşını xeyriyyəyə xərcləyib.

Son xəbərlər
Digər xəbərlər