32 C
Baku
Monday, June 17, 2024

Dünyanın ən kobud ofisiantı kimdir?

Edzel Funq kifayət qədər qəribə nüfuza malikdir. Belə ki, o dözülməz professional davranışı sayəsində populyarlıq qazanmışdır. O San-Fransiskoda işlədiyi “Sam-Wo” restoranında müştəriləri söyür, kobudluq edir, ələ salır, qabları sındırır, müştəri hələ nahar edərkən gəlib masanı yığışdırmağa başlayır, kiminsə əyləşdiyi masaya tamamilə tanımadığı şəxsi əyləşdirir və ürəyincə olmayan “çay pulu” verdikdə əlindəkiləri yerə çırpır. Bəs bu dözülməz çinlini nəyə görə işdən çıxarmırlar?

Çünki “San-Francisco Chronicle” jurnalisti Herbert Kaen sayəsində Funq çox məşhurlaşır. Kaen həmin restorana gələrək bu kobud çinli ilə söhbət etməyi sevirdi. Onun özbaşına və dözülməz hərəkətləri jurnalistin o dərəcədə xoşuna gəlir ki, onunla bağlı bir neçə yazı dərc edir. Nəticədə Edzel Funq-un çalışdığı restoran ucuz müəssisədən turistlərin axın etdiyi bir məkana çevrilir.

Təəssüflər olsun ki, bu il “Sam-Wo” restoranı bağlandı. Lakin çətin ki, Edzel Funq kimi populyar ofisiant işsiz qalsın.

Son xəbərlər
 ⁠
Digər xəbərlər