Bir neçə əsrlər boyu valideynlər övladlarına yatmamışdan öncə nağıl danışırlar. Nağıllar uşaqları əyləndirirdilər, yazıçıları ruhlandırırdılar və onlar hətta müasir məşhur mədəniyyətdə də öz əkslərini tapıblar. Nağılların bir çox qəhrəmanlarının heykəlləri düzəldilib və onlar ölümsüzləşiblər.
Bu məqalədə biz sizə nağılların sehirli aləmindən olan personajların heykəllərinin siyahısını təqdim edirik.
Kopenhagendə “Su pərisi”
“Su pərisi”nin heykəli Danimarka, Kopenhagendə, kruiz gəmiləri üçün körpüdən təxminən 10 dəqiqəlik piyada yolda yerləşir. Təbii ölçülərdə düzəldilmiş bürünc heykəl sahil daşının üzərində oturub. Hans Xristian Andersen tərəfindən 1837-ci ildə yazılmış nağıla əsaslanan bu heykəl 1913-cü ildən etibarən Kopenhagen şəhərini bəzəyir və onun fəxri hesab edilir.
Yüz ildir ki, mövcud olan bu heykəl dəfələrlə vandalizmə məruz qalmışdı. Onu neçə dəfə bəzəyiblər, sağ əlini amputasiya ediblər, üç dəfə onun başını kəsiblər, 2003-cü ildə isə hətta daşdan atmışdılar. İki dəfə onu örpəyə bürümüşdülər. Xoşbəxtlikdən, heykəli hər zaman bərpa etməyə müvəffəq olmuşdular. 2006-cı ildə Kopenhagenin məmurları heykəli limanın dibinə köçürdəcəklərini bəyan etmişdilər. Bunu onlar heykəli vandalizmdən xilas etmək üçün edirdilər. Lakin heykəl hələ də əvvəlki yerindədir.
Sietldə Frimon trollu (FremontTroll)
Frimont trollu Corc Vaşinqton (GeorgeWashingtonMemorialBridge) körpüsünün şimali sonunda yerləşən və hündürlüyü 5,4 metr olan beton heykəldir.
Skandinaviya nağılı “Üç keçi Qraf və qəzəbli div (troll)” (ThreeBillyGoatsGruff) heykəl Sietldən olan heykəltəraşlar və Frimontun incəsənət şurasının sifarişi ilə 1990-cı ildə ucaldılmışdır. Bu heykəl rayonun görkəmsiz ərazisini gözəlləşdirmək üçün düzəldilmişdir. Burada fotoşəkillər üçün çox yer var və ziyarətçilərə trollun üzərinə qalxmağa və trollun yeganə gözünü çıxartmağa icazə verilir.
London, Kensinqton bağlarında Piter Pen (PeterPan)
Piter Penin bürünc heykəli Londonda, Hayd Parkda (HydePark), Kensiqton bağlarında yerləşir. Bu yeri Piter Penin müəllifi Ceyms Barri seçmişdir. Barri Kensiqton bağlarının yaxınlığında yaşayırdı və 1902-ci ildə Piter Pen haqqında ilk hekayəsini dərc etmişdi. Piter Pen haqqında “Balaca ağ quş” adlı hekayələrin birində (LittleWhiteBird) Piter öz uşaq otağından uçur və Lonq Uoter (LongWater) gölünün yanına yeri enir. Həmin yerdə indi Piter Penn heykəli yerləşir.
Barri Piter Penin heykəlini 1906-cı ildə planlamışdı. O, 6 yaşlı Maykl Llevelina Devisin Piter Pen kostyumunda şəkillərini çəkir. 1912-ci ildə Barri heykəli düzəldə bilən insanı, ser Corc Fremptonu tapır (SirGeorgeFrampton) və artıq həmin ilin 1 mayında heykəl Kensinqton bağlarında quraşdırılmışdır.
Nyu- York, MƏrkəzi Park, “Alisa möcüzələr diyarında”.
Yəqin ki, Mərkəzi Parkdakı ən sevimli heykəl Lyuis Kerrolun (LewisCarroll) 1865-ci ildə “Alisa möcüzələr diyarında” adlı nağılının bir qrup personajlarının bürünc heykəlidir. Bu heykəl kitabın ilk dərc olunmuş buraxılışında istifadə olunan Con Tennielin (JohnTenniel) orijinal təsvirləri əsasında yaradılmışdır.
Heykəlin mərkəz elementi Alisadır. Onu üzü Kriftin qızının Donnanın siması əsasında düzəldilib. Alisa nəhəng bir göbələyin üstündə oturub və Ağ Dovşanın tutduğu cib saatına tərəf əlini uzadır. Alisanın arxasından Pişik ucalır. Laisanın əlləri üstündə onun pişiyi dina oturub. Bundan savayı, heykəldə Papaqçı da iştiak edir – Corc Delakortanın (GeorgeDelacorte) karikaturası.
Heykəlin hündürlyü 3,3 metr təşkil edir və uşaqlar onun üzərinə qalxa, ona toxuna bilərlər.
Bostonda “Ördəklərə yol verin!”
Səkkiz ördəkdən olan nəslini dalıyca aparan Missi Mallardı canlandıran “Ördəklərə yol verin!” adlı bir qrup heykəl Bostonun İctimai bağının (Boston Public Gardens) fəxri hesab edilir.
Heykəllər Robert Maakkloski (Robert McCloskey) tərəfindən yazılmış və 1941-ci ildə dərc olunmuş nağıla əsaslanırlar.
Almaniya, Bremendə «Bremen musiqiçiləri»
“Bremen musiqiçiləri” Qrim qardaşlarının nağılından 1857-ci ildə Bremendə bələdiyyə binasının qərb hissəsində yerləşdirilən bürünc heykəl qismində ölümsüzləşdirilib. Uzunqulaq, it, pişik və xoruz 1951-ci ildən etibarən orada dururlar. Nağılda heyvanlar azad həyat axtararaq öz sahiblərindən qaçırlar.
Onlar Bremenə getməyə qərar verirlər, lakin yolda bir kotteci soyğundan xilas edirlər. Heykəl heyvanların bir-birilərinin belinə çıxdığını göstərir. Bu hiyləni onlar soyğunçuları qorxutmaq üçün və həmçinin yemək almaq üçün istifadə edirdilər.
Almaniya, Halmendə (PiedPiperofHameln) “Halmen siçan tələsi”
Almaniyada, Bezer çayının (River Weser) üzərində, Aşağı Saksoniya regionunda (Lower Saxony) yerləşən Halmen şəhəri 13-cü əsrdə şəhərin başına gəlmiş faciədən bəhs edən orta əsrlər tarixinin sayəsində məşhurlaşmışdı. Əfsanəyə əsasən, 1824-cü ildə şəhər siçovulların hücumundan əziyyət çəkirdi. Bir müddətdən sonra rəngarəng libaslar geyinmiş bir kişi gəlir və şəhəri siçovullardan azad etməyə razılaşır. Kişi tütəkdə çalaraq siçovulları Vezer çayına cəlb edirdi. Həmin kişinin işinin öhdəsindən uğurla gəlməsinə baxmayaraq şəhərin meri ona onun pullarını ödəməkdən imtina edir. Kişi qəzəblənərək şəhəri tərk edir, lakin geri qayıtmağa və qisas almağa and içir. Müqəddəs bayramlardan biri qeyd olunanda və sakinlərin kilsədə olduqları zaman həmin kişi yenə də tütəkdə çalır. Lakin bu dəfə o, öz tütəyinin səsi ilə Hamelnin uşaqlarını cəlb edirdi. Şəhərdən 130 oğlan və qız onun ardıyca gedir və onları bir dəfə də heç kim görməmişdi.
Bütün şəhərdə siçovul və siçovul tutan mövzusunda rəmzlərə, loqotiplərə, heykəllərə rast gəlmək olar.