ABŞ: “qaralma vergisi”
2016-cı ildə ABŞ hökuməti öz vətəndaşlarının sağlamlığının qayğısına qalmaq məqsədilə həyata keçirdiyi islahatlar çərçivəsində müxtəlif tədbirlər müəyyənləşdirmişdi. Bunlardan biri də “qaralma vergisi” idi. Bu islahatla bağlı solyaridə qaralmaq istəyən hər bir ABŞ vətəndaşı xidmətin 10 faizi həcmində əlavə ödəniş etmək məcburiyyətindədir.
Belçika: “manqal vergisi”
3,5 milyon sakini olan Valloniya şəhərinin yerli hökuməti 2007-ci ildə qlobal istiləşməyə qarşı mübarizə məqsədilə manqalda hazırlanan yeməklər üçün vergi qoymağı qərara alıb. Belə hesab edilir ki, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı buraxılır. Ona görə də Valloniya regionunun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro ödəniş etməlidir. Valloniya rəhbərliyi tərəfindən bu qanuna riayət olunması üçün ciddi yoxlamalar aparlılır. Yoxlamalar zamanı hətta xüsusi kameralarla təchiz edilmiş vertolyotlardan da istifadə olunur.