10 C
Baku
Tuesday, November 26, 2024

Dünyanın ən nazik qatlanan smartfonu təqdim edilib – Video

“Xiaomi” şirkəti dünyanın ən nazik qatlanan smartfonunu təqdim edib. Yenilik “Mix Fold 2” adını alıb və qalınlığı 5.4 mm təşkil edir. İstehsalçı smartfonunu 8 düymlük OLED-displey, 50 MP arxa və 13 MP ön kamera, 12 GB operativ yaddaş və konfiqurasiyadan asılı olaraq 128, 256 və ya 512 GB daxili yaddaşla təchiz edib.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

download

download 1

download 2

“Mix Fold 2”nin satışı Çində avqustun 16-sı başlayacaq. Baza modelin qiyməti 8999 yuan və ya 1300 dollar təşkil edəcək.

Qeyd edək ki, bu, 2022-ci ilin avqustunda təqdim edilən ilk qatlanan smartfon deyil. Daha əvvəl yeniliklərini “Samsung” da təqdim edib – “Galaxy Z Fold 4” və “Z Flip 4”.

Son xəbərlər
Digər xəbərlər