10 C
Baku
Monday, November 25, 2024

Dünyanın ən nüfuzlu qadını – Janet Yellen

ABŞ prezidenti Barak Obama Janet Yelleni seçdiyini elan etdi və ilk dəfə olaraq ABŞ FES-in (Federal Ehtiyat Sistemi) rəhbəri qadın olacaq. Onun verdiyi qərarlar dünya ölkələrinin iqtisadiyyatına və fond bazarlarına təsir edəcək. 

Janet Yellen sədrlik vəzifəsində Ben Bernankeni 2014-cü ilin əvvəlində əvəz edəcək və faktiki olaraq dünyanın ən nüfuzlu və güclü qadınına çevriləcək.

O Angela Merkel, Dilma Russeff, Kristin Laqard, Hillari Klinton və digər nüfuz qazanmış qadınları geridə qoyacaq.

ABŞ FES-in pul siyasəti səhmlərin, istiqrazların, xammalın, metalların, enerji daşıyıcılarının, ərzağın və dünyanın bir çox digər aktivlərinin qiymətinə birbaşa təsir göstərir.

Janet Yellenin FES sədri vəzifəsinə təyin olunmağı rəsmi şəkildə elan edildikdə o dünya maliyyə bazarı iyerarxiyasında ən yüksək vəzifələrdən birinin sahibi olacaq.

ABŞ FES-in yeni sədrinin bioqrafiyası

Janet Yellen 13 avqust 1946-cı ildə Nyu-Yorkda doğulub. O 1967-ci ildə Braun universitetinin iqtisadiyyat fakultəsini bitirmiş, 1971-ci ildə isə Yale universitetində doktorluq dərəcəsi əldə etmişdir.

1971-1976-cı illərdə Harvard universitetində professor assistenti olaraq işləyir.

1977-ci ildən 1978-ci ilə qədər isə FES-in idarə edici şurasının iqtisadçısı olur.

1980-ci ildə o Berkli universitetində müəllimlik fəaliyyətinə başlayır. Burada o gələcək həyat yoldaşı – Corc Akerlof ilə tanış olur. Gələcəkdə isə o Cozef Stiqliç və Maykl Spens ilə birlikdə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülür.

1997-1999-cu illərdə o ABŞ prezindenti Bill Klintonun İqtisadi Məsləhətçilər Şurasına rəhbərlik etmişdir.

2004-2010-cu illərdə Yellen San-Fransisko Federal ehtiyat bankının prezidenti vəzifəsinə sahib olub.

2010-cu ilin oktyabr ayında Janet Yellen ABŞ FES-in idarə şurasının sədr müavini seçilmişdi.

Janet Yellen Amerika Mərkəzi bankının çətin bir dövr yaşadığı müddətdə FES-nə rəhbərlik edəcək. Məmurlar səhm alınması həcmlərini azaltmaq prosesinə başlamağa hazırlaşırlar.

Son xəbərlər
Digər xəbərlər