Dünyanın ən populyar “TikTok” bloqeri İtaliyanın Habi Leym (@khaby.lame) istifadəçisi seçilib, Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir. Qeyd edək ki, Leymin sosial şəbəkədəki izləyicilərin sayı 142.7 milyon nəfər təşkil edir.
“TikTok”un keçmiş ən populyar bloqeri ABŞ sakini Çarli Damelio (@charlidamelio) olub. Damelio 2020-ci ildən bəri platformada ən çox izlənilən şəxs olub. O, 2019-cu ildə “TikTok” üçün videolar çəkməyə başlayıb.
Habi Leym platformaya 2020-ci ildə daxil olub. Bundan əvvəl o, Turində fabrikdə işləyib, lakin pandemiya səbəbindən işdən çıxarılıb. Bloqer əsasən parodiya videoları ilə məşhurlaşıb.